Şrift:
Allahşükür Paşazadə: "Din xadimləri Qarabağ münaqişəsinin həllinə kömək etməlidir"
29.11.2011 [09:59] - Xəbərlər
Din xadimləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməlidir. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçirilən iclasında belə deyib.

Allahşükür Paşazadə çıxışı zamanı BMT-nin Azərbaycanın işğal altında olan ərazilərinin boşaldılmasına dair qəbul edilən qətnamələrinin hələ də yerinə yetirilməməsi və ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərinin hələlik nəticə vermədiyini təəssüflə diqqətə çatdırıb.

Bu xüsusda Bütün Qafqazın şeyxi Moskva və bütün Rusiya patriarxının rəhbərliyi altında keçirilən üçtərəfli görüşün vacibliyini vurğulayıb. Onun sözlərinə görə, görüş müəyyən nəticə verib, bunun sayəsində əsirlərin mübadiləsi həyata keçirilib, münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısı alınıb. Münaqişənin tənzimlənməsi istiqamətində Rusiya patriarxının səylərinə görə minnətdarlıq ifadə edən Allahşükür Paşazadə bunu davam etdirməyi rica edib.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed