05.12.2013 [11:19] - İdman
Şahmatçılarımızdan biri turniri heç-heçə başa vurub, digəri isə məğlubiyyətlə başa vurub
İdman Hindistanın Heydərabad şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb.
Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bir neçə ölkədən 118 şahmatçının (28 beynəlxalq qrossmeyster) mübarizə apardığı turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Azər Mirzəyev və beynəlxalq usta Bəhruz Rzayev təmsil edirdilər.
Son turda İsrail şahmatçısı Alon Qrinfeldle heç-heçə edən həmyerlimiz aktivinə 7.5 xal yazaraq 5-7-ci yerləri bölüşdürüb. Bəhruz Rzayev isə hindistanlı Pc İyer Akaşa məğlub olaraq 6 xalla 38-ci pillənin sahibi olub. Turnirin qalibi adını aktivinə 8.5 xal yazan Hindistan şahmatçısı S.P.Sesuraman olub.
Xatırladaq ki, turnir isvecrə sistemi ilə 11 turdan ibarət olaraq keçirilirdi.

Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |