05.12.2013 [14:55] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bu yaxınlarda Gürcüstanın Marneuli vilayətində 5 hektar torpaq Ermənistan vətəndaşına bağışlanılıb. Ermənistanla həmsərhəd bölgədə yerləşən Azərbaycan əhalisinin əkin və otlaq meşə sahələrinin zəbt edilməsi azərbaycanlılara qarşı ciddi təzyiqin olduğunu göstərir.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev Modern.az-a açıqlamasında bu məsələni yaxın günlərdə Gürcüstan hökuməti səviyyəsində qaldıracaqlarını deyib:
“Bu problemlərlə bağlı dəfələrlə məsələ qaldırmışıq. Bir neçə il əvvəl də azərbaycanlılara ayrılan torpaqlar gürcülərə verilmişdi. Hətta həmsərhəd zona olmasa belə, bizim soydaşlarımızın torpaqlarını başqalarına vermək tamamilə səhv hərəkətdir. Bizim xalqımız Axalkalakidəki ermənilər kimi gəlmə deyil. Biz həmişə Gürcüstan hakimiyyətinin nəzərinə çatdırmışıq ki, Gürcüstan-Rusiya müharibəsində bizim soydaşlarımız olan azərbaycanlılar Gürcüstanın bütövlüyünü müdafiə elədilər, separatçılıqla məşğul olmadılar. Onlar o dövlətin içərisində yaşayırlar və onların bərabər hüquqları, haqqı tanınmalıdır. Amma nə edək ki, bəzi məqamlarda bu cür davranışlar olur. Təkcə o deyil, başqa məsələlər də var. Dəfələlə bu məsələləri həm partiyamızın Borçalı departamentinin, həm də parlament xətti ilə qaldırmışıq. Bu məsələni diqqətimizdə saxlayacağıq. Bir neçə gün əvvəl gürcüstanlı dostlarımızı bura çağırmışdıq, bu məsələləri müzakirə etdik. Təbii ki, təkcə söhbət bu məsələdən getmir. Orda məktəblərlə və digər problemlərlə bağlı məsələlər vardı. Yaxın günlərdə Gürcüstana səfərə də gedə bilərik. Amma bu məsələləri yaxın günlərdə Gürcüstan hökuməti səviyyəsində mütləq qaldıracağıq”.
Millət vəkili Marneulinun Təkəli kəndində erməni, gürcü və azərbaycanlıların iştirakı ilə bazar açılması layihəsinə də toxunub. “Bazar açılmasında bir problem yoxdur. Böyük bazar açılar və bu Gürcüstan dövlətinin xalqlar arasında inteqrasiya, yaxud tolerantlıq sərgiləyən layihəsi ola bilər. Buna baxmayaraq, orda yaşayan azərbaycanlıların hüquqları Gürcüstan Konstitusiyası ilə qorunmalıdır. Azərbaycanlıların torpaqları orda kimsəyə verilə bilməz. Ermənilər bu bazara yalnız qonaq kimi gələ bilər. Amma bizim aborigen əhalimiz bazarın sahibi kimi orda iştirak etməlidir. Bütün bu amillər nəzərə alımmalıdır”.
Azərbaycanlılara qarşı bu cür münasibətin siyasi maraq kəsb etməsinə gəlincə, millət vəkili bu məsələdə Gürcüstanın indiki hakimiyyətinin Rusiyaya meylli olması faktını da vurğulayıb: “İndiki Gürcüstan hakimiyyəti daha çox Rusiyapərəst bir xətt yeridir. Hesab edirəm ki, bu hakimiyyətin davranışında çox ciddi xətalar var. Saakaşvili Axalkalakidə erməni separatçılarının başçısını həbs etmişdi. Amma İvanişvili iş başına gələn kimi onu azad elədi. Yəni, Saakaşvilinin hərəkəti sepatatizmin qarşısını almaq idisə, İvanişvilinin hərəkəti separatizmə dəstək vermək idi. Ona humanizm, tolerantlıq göstərmək idi. Bu, ermənilərə münasibətdə fərqli bir xəttdir. Təbii ki, biz Gürcüstanla münasibətləri pozmaq istəmirik. İstəyirik dost münasibəti olsun. Amma Gürcüstan anlamalıdır ki, Azərbaycanın bir çox istəklərini həyata keçirməsə, Gürcüstanın özünün vəziyyəti pisləşə bilər. Çünki o bütün məsələlərdə Azərbaycandan asılı vəziyyətdədir. Amma bu gün Gürcüstan hakimiyyətinin Rusiyapərəst siyasəti Rusiyanın layihələrinə uyğun olan bir xəttdir. Putinin Ermənistana səfəri, orda verdiyi “biz “Qafqazdan çıxmayacağıq” kimi bəyanatları, indi də gürcülərin bu cür hərəkət etməsi yuxarıdan idarə olunan hərəkətə oxşayır. Biz bu məsələlərdə daha çox gürcü xalqının iradəsinin ortada olmasını istəyirik. Amma Moskvanın iradəsi ortada olmasın. Kimin eləməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarının nəinki ermənilərə, hətta gürcülərə verilməsinin tamamilə əleyhinədir. Bu yanlışlıq aradan qaldırılmalıdır”.
modern.az saytı Namidə BİNGÖL

Bu xəbər oxucular tərəfindən 1423 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |