Şrift:
Bakıda XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələrinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
05.12.2013 [14:56] - Gündəm, Mədəniyyət
Dekabrın 6-7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcək.



İnstitutun mətbuat xidmətindən verilən xəbərə görə, “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda keçiriləcək konfrans Azərbaycanı iki yerə parçalamış mənfur Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr edilib.



Konfransda Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniya və başqa ölkələrdən 80-ə yaxın alim iştirak edəcək. Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin sədr müavini Nihat Böyükbaş, Türkiyə Cümhuriyyəti Başbakanlıq Arxivləri baş müdir yardımçısı Mustafa Budak və digərləri çıxış edəcək. Alimlərin məruzələri plenar iclasda və dörd bölmədə dinləniləcək.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed