06.12.2013 [12:00] - Sosial
Qəzənfər Paşayev: "Şeytan işi ancaq cindarlara aiddir, öncəgörücülük isə Allahın verdiyi istedaddır"
Müsahibə Son zamanlar insanlar öncəgörücü, falçı, cindar mövzusunun əsirinə çevriliblər. Bədəndən cin çıxartmaq, yaxud, fala baxmaq qədim dövrdən bəri mövcuddur. Məsələn, 16-cı əsrdə məşhur öncəgörücü Mişel Nostradamus özündən əvvəlki və özündən sonrakı bir neçə əsr boyunca baş verəcək hadisələr barədə məlumatlar verib. Onun dövründə təyyarə olmadığına baxmayaraq, Nostradamus mövcudluğu bərədə məlumat vermişdi: “Gələcəkdə səmada qanadı dəmirdən olan nəhəng quşlar uçacaq”.
O, nəhəng quş dedikdə, təyyarəni nəzərdə tutub. Öncəgörücü gördüklərini adları ilə deməyib. O, baş verəcək hadisələri formaları və hərəkətləri qeyd edib. Nostradamus gələcəkdə sözü əlində qılınc olan insandan da güclü olacaq şəxs barədə məlumat verib. O, bu insanın çox qanlar axıdacağı bardə də xüsusi vurğulamışdı. Əsrlər keçdikcə bu insanın Hitler olduğu məlum oldu. Hitlerin şəxsi münəccimləri onun 1945-ci ildə qalib gələrək, 11 il hakimiyyətdə olacağını bildirsələr də, Nostradamus tamam əksini yazırdı. O, bildirmişdi ki, Hitler döyüşlərdən birində öldürüləcək, heç cəsədi belə tapılmayacaq. Tarix Nostradamusun yüz illər əvvəl dediklərinin həqiqət olduğunu göstərdi.
Dahi şəxsiyyət haqqında tarix boyu bir çox əsərlər yazılıb, araşdırmalar aparılıb. Lakin Nostradamus haqqında xüsusi araşdırmalar aparan, onun həyat və yaradıcılıqlarını incələyən Azərbaycan şifai xalq əsərlərinin yazıçısı Qəzənfər Paşayev böyük şəxsiyyət haqqında bəzi qaranlıq məqamları aça bilib. Onun 10 il araşdırmadan sonra 2007-ci ildə “Nostradamusun möcüzəli aləmi” adlı böyük bir kitab nəşr edib. Bu kitabda Nostradamus haqqında daha inandırıcı faktlar ortaya qoyulub. Bunun səbəbi isə Qəzənfər Paşayevin dahi insanın doğulub, boya baş çatdığı yerə getməsidir. Qəzənfər Paşayevin orada xüsisi araşdırmalar aparması və Nostradamus haqqında dahi insanın həmvətənlərindən fikirlər öyrənməsi kitabı daha da zənginləşdirir. Kitabın ərsəyə gəlməsi və Mişel Nostradamus haqqlında daha maraqlı məsələlər barədə öyrənmək üçün Qəzənfər Paşayevlə görüşdük. Onunla maraqlı müsahibə hazırladıq. Həmin müsahibəni təqdim edirik.
Necə oldu ki, Qəzənfər Paşayev Mişel Nostradamus barədə araşdırma aparmağa və bu haqda kitab yazmağa qərar verdi?
- O vaxt Azərbaycanda istər yazılı mətbuatda, istərsə də müxtəlif kitablarda Nostradamus barəsində müxtəlif məlumatlar yazılır, fərqli fikirlər irəli sürülürdü. Təbii ki, bunların əksəriyyəti peşəkarlıqdan uzaq, elə mətbuatın özündə yayılmış qeyri-dəqiq məlumatlar idi. Bu səbəbdən də özüm bu şəxsi araşdırdım və onun barəsində kitab yazdım.
Qəzənfər bəy sizin Mişel Nostradamus haqqında yazdığınız kitabı oxumuşam, olduqca maraqlı bir kitabdır. Siz düz 10 il o insan barəsində araşdırma aparmısınız, necə olub ki, Nostradamusda öncəgörücülük yaranıb?
- Mişeldə öncəgörücülük uşaq vaxtlarından yaranıb. Əsərlərini oxusanız görəcəksiniz, o yazır ki, ilk dəfə bu hadisə az yaşlarında baş verib. Ailəsi ilə nahar etdikdə birdən ağlayaraq stolun altına girir ondan soruşanda nə olub? “İtim öləcək bilirəm” deyə göz yaşları töküb. Bir gün sonra isə dediyi baş verir və bundan sonra o nə desə hər şey zamanı gəldikdə yerinə yetir.
Deyirlər görücülükdə, falçılıqda şeytan əməli var. Bəs Nostradamus bunu necə izah edib?
-Xeyr öncəgörücülükdə şeytan əməli yoxdur, o xüsusi ədviyyatlardan istifadə edərək transa girib gələcəkdə nələr baş verdiyini görüb. Siz dediyiniz şeytan işi ancaq cindarlara aiddir, öncəgörücülük isə Allahın verdiyi istedaddır.
Deyirsiniz ki, Nostradamus çox hörmətli və dahi insanların belə harada necə yaşayacaqlarını, insanlara necə təsir göstərəcəklərini yazıb. Bəs mükəmməl görücülük nə zamandan başlayıb?
- Mükkəmməl hər tərəfli hiss etmə 1550-ci ildə yaranıb. O, azərbaycanda olmasa da Qazax rayonundan Bakıya qədər addım-addım nələr baş verdiyini görüb. Hətta Azərbaycan barəsində də məlumat verib. Qeyd edib ki, vaxt gələcək şərq dövlətində bir şəxs hakimiyyətə gələcək, dövlətini sülh əminamanlıqda yaşadacaq və o hakimiyyətdən getdikdən sonra ardınca oğlu onun yolunu davam edəcək. Araşdırma apardıqdan sonra belə bir nəticəyə gəldim ki, bu bizim ulu öndərimiz Heydər Əliyev və prezidentimiz İlham Əliyevdir.
Qəzənfər müəllim bəs müharibə barədə nələr deyə bilərsiz, bizi nələr gözləyir?
- Kitabımda da qeyd etmişəm, Mişel 2011-ci ildə Suriyada müharibə başlayacağını və 2016-cı ildə bitəcəyini, 2015-ci ildə Rusiyanın güclənəcəyini, bu istiqamətdə xeyli qan tökəcəyini, 2025-ci ildə isə Rusiyanın çox güclü dövlətə çevriləcəyini bildirib.
Söhbət zamanı eləcə də məlum oldu ki, Nostradamus qeyd edib ki, "zaman gələcək, sarılar, qıyıq gözlülər hakimiyyətə gələcək”. Bunu isə Yaponiyanın və Çinin böyüyən iqtisadi gücü ilə izah etmək olar.
Dünyanın ilk öncəgörücüsü olan şəxs eləcə də, Allahın yer kürəsinə 7 cəza göndərəcəyini deyib. Güman etmək olar ki, onlardan biri də, həmcinslərin eyni nikaha girməsidir. Eləcə də, insanlar yollarını azdıqlarına görə ağır bir xəstəlik gələcək. Bu “Spid” xəstəliyidir: “Bu çarəsiz xəstəliyə insanlar qan və qılınc yolu ilə yoluxacaqlar” - deyib. Ehtimal olunur ki, qılınc kişilərin cinsiyyət orqanı kimi nəzərdə tutulub.
Bununla demək istəyirik ki, öncəgörücülər hər zaman olub və var bunlara aldanıb həyatımızı falçıların, cindarların sözləri ilə qurmaq lazım deyil.

Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |