Şrift:
Pakistanın baş naziri: «ABŞ-la münasibətlər əvvəlki kimi olmayacaq»
29.11.2011 [10:05] - Gündəm
Pakistanın baş naziri Yusif Rza Gilani ABŞ-a «ölkələr arasındakı münasibətin indiki şəkildə davam edə bilməyəcəyi» barədə xəbərdarlıq edib.

Gilani qeyd edib ki, NATO qüvvələrinin Pakistan əsgərlərini qətlə yetirməsi, həmçinin ABŞ xüsusi xidmət orqanlarının Üsamə bin Ladeni Pakistan ərazisində yerli hakimiyyətin sanksiyası olmadan məhv etməsi ölkənin suverenliyinin pozulması deməkdir.

Baş nazirin sözlərinə görə, Pakistan Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstana dair konfransı boykot edə bilər.

Xəbər verildiyi kimi, şənbə günü NATO helikopterləri Pakistan-Əfqanıstan sərhədinin yaxınlığındakı Pakistan hərbi məntəqəsinə zərbə endiriblər. Hücum nəticəsində Pakistan ordusunun 24 hərbçisi ölüb.
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed