Şrift:
İraq Azərbaycanın peykindən istifadəyə maraq göstərir
07.12.2013 [09:03] - Xəbərlər, İqtisadiyyat
Dekabrın 4-də Bakıda keçirilən ticarət və iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-İraq hökumətlərarası komissiyasının birinci iclasının gedişində İraqın gələcəkdə Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykindən istifadəsi məsələsinə baxılıb.
İclas zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, Azərbaycan son 10 il ərzində nəhəng inkişaf yolu keçib:
"Ölkənin iqtisadi potensialının göstəricilərindən və bu inkişafın nəticələrindən biri milli telekommunikasiya peykinin orbitə buraxılması oldu".
Nazir əlavə edib ki, "Azerspace" İraqı həm də ona görə maraqlandıra bilər ki, peykin coğrafiyası Yaxın Şərq və Mərkəzi Asiyaya hesablanıb.
Öz növbəsində, İraq tərəfdən komissiyanın həmsədri, əyalət işləri üzrə dövlət naziri Tarhan əl-Müfti İraqın peykdən istifadə etməkdə marağı olduğunu təsdiqləyib: "İraq "Azerspace"in imkanlarına, o cümlədən rabitə, radio və teleyayım sahəsinə maraq göstərir".
Bu xəbər oxucular tərəfindən 1158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed