Şrift:
Braziliyada DÇ-2014-ün püşkü atılıb: İngiltərə İtaliya ilə, İspaniya isə Hollandiya ilə eyni qrupa düşüb
07.12.2013 [11:34] - İdman
Bu gün Braziliyada DÇ-2014-ün final mərhələsinin püşkatması keçirilib.Məlumata görə, mötəbər yarışın püşkü Kosta-du-Sauipe şəhərində təşkil olunan təntənəli tədbirdə atılıb.



Səbətlərdən komandaların adlarını çıxarmaq üçün futbol əfsanələri Alsides Qicca (Uruqvay), Cefri Herst (İngiltərə), Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Mario Kempes (Argentina), Fernando Yerro (İspaniya), Zinədin Zidan (Fransa) və Lotar Matteusdur (Almaniya) səhnəyə dəvət alıb. Mərasimdə planetin ən güclü 32 komandası 8 qrupa bölünüb.



Dünya çempionu olmuş 3 yığma Uruqvay, İtaliya və İngiltərə eyni qrupa düşüb. Son mundialın finalçıları İspaniya ilə Hollandiya da eyni qrupda yer alıb. Özü də onlar elə ilk turda qarşılaşacaq. Çempionların qrupunda İngiltərə ilə İtaliya arasında qarşılaşma da I tura təsadüf edəcək.


A qrupu
1. Braziliya
2. Xorvatiya
3. Meksika
4. Kamerun

B qrupu
1. İspaniya
2. Hollandiya
3. Çili
4. Avstraliya

C qrupu
1. Kolumbiya
2. Yunanıstan
3. Fil Dişi Sahili
4. Yaponiya

D qrupu
1. Uruqvay
2. Kosta-Rika
3. İngiltərə
4. İtaliya

E qrupu
1. İsveçrə
2. Ekvador
3. Fransa
4. Honduras

F qrupu
1. Argentina
2. Bosniya və Herseqovina
3. İran
4. Nigeriya

G qrupu
1. Almaniya
2. Portuqaliya
3. Qana
4. ABŞ

H qrupu
1. Belçika
2. Əlcəzair
3. Rusiya
4. Cənubi Koreya

Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il iyunun 12-dən start götürəcək. Çempionatın açılış oyununda Braziliya ilə Xorvatiya üz-üzə gələcək.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed