Şrift:
ABŞ dünya üzrə telefon zənglərinin dinlənildiyini etiraf edib
07.12.2013 [11:43] - Gündəm, Siyasət
Milli Təhlükəsizlik Agentliyi bu fəaliyyətin ABŞ prezidentinin fərmanına uyğun olaraq həyata keçirildiyini bəyan edib
Dünya ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi dünya üzrə mobil telefonları izlədiyini təsdiq edib.Rusiya mətbuatının verdiyi xəbərə görə, agentlik bu zaman heç bir qanun pozuntusuna yol vermədiyini bildirib.

Agentliyin rəsmi nümayəndəsi Vens Vayns dünya üzrə məlumatların toplanmasının ABŞ prezidentin xarici kəşfiyyatla mübarizə haqqında 12333 nömrəli fərmanına uyğun olaraq həyata keçirildiyini deyib.


Qeyd edək ki, ABŞ prezidenti Barak Obama telefonların dinlənilməsi qalmaqalına səbəbindən Milli Təhlükəsizlik Agentliyinin fəaliyyəti ilə bağlı tədbirlər görmək niyyətində olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed