Şrift:
Stalinin qızı ABŞ-da vəfat edib
29.11.2011 [10:15] - Gündəm
Stalinin qızı Svetlana Alliluyeva ABŞ-da 86 yaşında vəfat edib. Bu barədə "New York Times" məlumat verir.

Svetlana Alliluyeva hələ noyabrın 22-də Viskonsin ştatının Riçlend şəhərində vəfat edib. Lakin ştat rəsmiləri bu barədə yalnız bu gün məlumat veriblər. ABŞ-da Lana Piters kimi tanınan S.Alliluyeva son illər mədə xərçəngindən əziyyət çəkirmiş.

Svetlana Alliluyeva 1926-cı il fevralın 28-də Leninqradda ÜKP MK-nın baş katibi İosif Stalin və Nadejda Alliluyevanın ailəsində anadan olub.

O MDU-nun tarix fakultəsini və Sov. İKP yanında İctimai elmlər akademiyasının aspiranturasını bitirdikdən sonra ingilis diliStalinin qızı ABŞ-da vəfat edib
tərcüməçisi və ədəbi redaktor işləyib.

1967-ci ildə Svetlana Alliluyeva bəzi müsahibələrində əri adlandırdığı Braceş Sinqhin dəfnində iştirak etmək üçün Hindistana gedib və SSRİ-yə qayıtmaqdan imtina edib.

Qərbə gediş və «Dosta 20 məktub»un (1967) nəşri əsl sensasiyaya səbəb olub. Əsərdə Alliluyeva atası və Kreml həyatından yazıb. Bir müddət İsveçrədə qaldıqdan sonra Alliluyeva ABŞ-a köçüb.

1970-ci ildə amerikalı memar V.V. Pitersə ərə gedən S.Alliluyevanın qızı olub. Tezliklə ərindən boşanan Alliluyeva buna baxmayaraq Lana Piters adını özündə saxlayıb.
Bu xəbər oxucular tərəfindən 1162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed