Şrift:
BMT baş katibinin müavini: Ukrayna partiyaların liderləri dialoqa başlamalıdır
08.12.2013 [19:34] - Gündəm, Siyasət
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Ukrayna siyasi partiyaların liderlərini ölkə qarşısında duran siyasi və iqtisadi problemlərin həllini tapmağa və dərhal dialoqa başlamağa çağırıb. İTAR-TASS agentliyi bu barədə məlumat verir.
Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, BMT baş katibinin müavini dekabrın 7-də Ukraynaya üçgünlük səfəri zamanı hökumətin, parlamentin, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Onlarla danışıqlar zamanı kütləvi etiraz aksiyalarına tutulmuş ölkədə yaranmış vəziyyətdən narahatlığını bildirib və baş katib Pan Gi Munun maksimum təmkinli olmaq barədə çağırışını onlara çatdırıb.
Səfər zamanı Feltman həmçinin Avropada təhlükəsizlik və əməkdaşlıq Təşkilatı /ATƏT / nazirlərinin 20-cı görüşündə iştirak edib.
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed