08.12.2013 [19:48] - Xəbərlər, Hərb
Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Bangidə "Seleka" qruplaşmanın yaraqlıları və onlara qarşı çıxan üsyançılar arasında cümə axşamı başlayan toqquşmalar nəticəsində təxminən 400 nəfər həlak olub. Bu barədə Reyter agentliyi məlumat verir.
Şənbə gününə keçən gecə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib ki, toqquşmalar nəticəsində qurbanların sayı 300 nəfəri ötə bilər. Təşkilatın könüllüləri tərəfindən o vaxta qədər artıq 280 nəfərin cəsədləri tapılıb, lakin qaranlıq düşməsi ilə əlaqədar, onlar fəaliyyətini dayandırmağa məcbur olublar. Şənbə günü yenidən başlamış axtarışlar nəticəsində, yüzlərlə cəsəd tapılıb.
Bu ilin yanvarında MAR hakimiyyəti və siyasi müxalifət barışıq imzalayıblar. Lakin artıq martda "Seleka" qruplaşmasının silahlıları ölkə paytaxtını ələ keçiriblər.
Devirilmiş respublika başçısı Fransua Bozize ölkədən qaçmağa məcbur olub, bununla da üsyançıların lideri Mişel Djotodiya özünü prezident elan edib. O vaxtdan ölkədə yeni hakimiyyətin əleyhdarlarının və tərəfdarlarının silahlı toqquşmaları səngimir.
BMT təhlükəsizlik Şurasının cümə axşamı qəbul olunmuş qətnaməsi MAR-da afrika-fransız birgə hərbi əməliyyatların aparılmasına sanksiya verir. BBC-nin məlumatına əsasən, Fransa kontingentinin MAR-da artıq 1200 hərbçisi var.

Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |