Şrift:
AKP-nin binasına bomba atdılar
09.12.2013 [10:01] - Gündəm, Türk dünyası-Turan
Dünən axşam saat 22.00 radələrində Türkiyənin hakim partiyası olan AKP-nin Diyarbəkir ofisinə hücum olub. Hücum zamanı ofisə iki ədəd əldə hazırlanan bomba atılıb. Atılan bomba nəticəsində ofisin və ətrafda yerləşən ərzaq mağazalarının pəncərələri sınıb.



Türkiyə mətbuatının verdiyi xəbərdə bildirilir ki, təxribatda 4 nəfərin iştirak etdiyi bildirilsə də, hadisəni törədənlərin kimliyi hələ məlum deyil.



Hadisə partiyanın binasında heç kimin olmadığı saatlarda edildiyindən xəsarət alan olmayıb.



Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed