09.12.2013 [10:54] - Gündəm, Siyasət
Bütün hallarda qeyri-müəyyənlikdənsə, görüşüb fikir mübadiləsi aparmaq daha yaxşıdır
“Atlas” Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı analitik məqalə ilə çıxış edib.
Avropa Şurasının 27-28 noyabr tarixlərində Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələri arasında təşkil etdiyi görüş həm Bakı, həm də Yerevanda müəyyən suallar doğurdu. İki günlük görüşün mətbuata qapalı olması həmin görüşdə konkret nələrin müzakirə edilməsinə diqqəti artırdı.
Azərbaycan və Ermənistan Avropa Şurası Parlament Assembleyasına (AŞPA) üzv olduqları 2000-ci ildən bu yana Strasburq bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynamağa cəhd göstərib. Ancaq bu cəhdlər hələ ki, uğursuzdur. AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə təsis etdiyi komitə fəaliyyət göstərə bilmir. Əsas səbəb Ermənistan nümayəndə heyətinin həmin komitənin işini boykot etməsidir. Yerevanın qorxusu ondan ibarətdir ki, Avropa Şurası və onun komitəsi münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü əsas götürə bilər.
Avropa Şurası hazırda taktikasında dəyişiklik edib. Aydındır ki, Avropa Şurasının ATƏT-in Minsk Qrupunu əvəz etmək və ya buna paralel struktur formalaşdırmaq kimi məqsədi yoxdur. Avropa Şurasının yaxın müddətdə Avropa Birliyi kimi Cənubi Qafqazdakı münaqişələrlə məşğul olan nümayəndə postu təsis etmək planı da yoxdur.
Buna baxmayaraq, Avropa Şurası Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işinə dəstək vermək və rol almaq istəyir. Minsk Qrupu yalnız rəsmilərlə görüşür, fikir mübadiləsi aparır, sülh planını müzakirə edir. Ancaq həmsədrlər sülhün əldə olunması üçün Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı dialoqu da vasib sayırlar. Sadəcə, belə bir dialoqa onların nə imkanları, nə də vaxtı çatır. Deməli, bu məsələdə Misnk Qrupunun başqa bir beynəlxalq təşkilatın yardımına ehtiyacı var. Belə bir rola isə Avropa Şurası iddialı ola bilər.
Avropa Şurası Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətlərini fəallaşdırmağa qərar verib. Məqsəd hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasları genişləndirmək, müxtəlif mövzularda ortaq müzakirələr təşkil etmək, münaqişə ilə birbaşa bağlılığı olmayan birgə layihələr həyata keçirmək, Avropadakı mövcud münaqişələrdə xalqlar arasındakı dialoq təcrübəsini Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndləri ilə bölüşməkdir.
Avropa Şurası Abxaziya, Cənubi Osetiya və Dnestr separatçıları ilə təmas saxladığı kimi Dağlıq Qarabağla da birbaşa işləmək istəyir. Ancaq Bakı Avropa Şurasının bu istəyinə müsbət yanaşmır. Çünki, Dağlıq Qarabağla birbaşa işləmək Strasburqun Ermənistan üzərindən separatçılarla təmas qurması deməkdir ki, belə bir perspektiv haqlı olaraq Bakını narahat edir. Ona görə də Avropa Şurası hələlik təmasları və dialoqu Strasburq və ya Budapeştdəki ofisi üzərindən qurmağı məqsədəuyğun sayır.
Vətəndaş cəmiyyətləri arasındakı dialoq məsələsində iki yanaşma mövcuddur.
Birinci yanaşma bundan ibarətdir ki, əvvəlcə Azərbaycan və Ermənistan arasında sülh anlaşması imzalanmalı, Dağlıq Qarabağ münaqişəsi həll prosesinə daxil olmalı, yalnız bundan sonra xalqların barışı təmin edilməlidir.
İkinci yanaşma isə fərqlidir: sülh anlaşmasının imzalanmasını gözləmədən də Azərbaycanın və Ermənistan vətəndaş cəmiyyətləri arasında dialoqu genişləndirmək vacibdir.
Birinci yanaşmanın mənfi tərəfi ondan ibarətdir ki, sülh anlaşmasının imzalanması avtomatik xalqların barışmasına yol açmaya da bilər. İkinci yanaşmanın müsbət tərəfi isə ondan ibarətdir ki, sülh anlaşmasına xalqlar hazırlıqsız yaxalana bilər. Ona görə də həmin günü gözləmədən müxtəlif mövzularda dialoq qurmaq mümkündür. Və vacib deyil ki, vətəndaş cəmiyyətinin nümayəndələri mütləq şəkildə rəsmilərin müzakirə etdikləri mövzulara toxunsunlar.
Buna baxmayaraq, vətəndaş cəmiyyətinin nümayəndələri ağrılı mövzulardan da yan keçə bilməzlər. Çünki, bu halda dialoq yarımçıq olacaq. Vətəndaş cəmiyyətinin nümayəndələri yaşanmış faciələrin bir daha təkrarlanmaması üçün keçmişdəki acı dəsrləri öyrənməlidirlər.
Avropa Şurası da məhz ikinci yanaşmaya – sülh anlaşmasının imzalanmasını gözlədəm dialoqun genişlənməsinə üstünlük verir. Strasburq vətəndaş cəmiyyətləri arasındakı dialoq iştirakçılarının sayını artırmaqla danışıqlar prosesinə impuls vermək istəyir. Bu baxımdan Avropa Şurası çərçivəsində gələn ildən başlayaraq görüşlərin intensivləşəcəyini proqnozlaşdırmaq mümkündür.
Əlbəttə bütün bunlar o demək deyil ki, Avropa Şurasının həyata keçirəcəyi dialoq mütləq şəkildə uğurlu olacaq. Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu 25 ildə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında yüzlərlə dialoq və ortaq layihələr həyata keçirilib. Əgər bu dialoq və ortaq layihələr uğurlu alınsaydı, bu rəsmilərin danışıqlarına təsir edər, sülh anlaşmasını yaxınlaşdırardı. Ancaq tərəflərin mövqeyindəki fərq əvvəlkitək böyükdür.
Buna baxmayaraq, bütün hallarda qeyri-müəyyənlikdənsə, görüşüb fikir mübadiləsi aparmaq daha yaxşıdır. Dialoq zamanı bir çox məsələdə fikir ayrılığı varsa, üst-üstə düşən məqamlar da az olmur. Və bəzən bu məqamlar vasitəçilərin də işinə yarayır. Məsələn, 1990-cı illərin sonlarından Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi ekspertlər “Dartmund Konfransı” (ABŞ və Rusiyanın dəstəklədiyi danışıqlar formatı) çərçivəsində dialoq prosesinə cəlb olundular. İllərlə görüşdülər, fikir mübadiləsi apardılar, xeyli qarşılıqlı ittihamlar səsləndi və proses 2000-ci illərin ortalarında dayandı. Ancaq bu konfransda bir nəticə alındı ki, sonda həmin nəticədən Minsk Qrupundakı həmsədrlər istifadə etdilər. Dağlıq Qarabağ üçün aralıq statusu ideyası məhz “Dartmund Konfransı”nda səsləndi və razılaşdırıldı. Daha sonra bu ideya Minsk Qrupunun hazırladığı “Madrid planı”na salındı. Bakı və Yerevan plandakı həmin ideyaya etiraz etmədilər. Elə bu nəticənin özü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasındakı dialoqun vacib olduğunu göstərir. Bəlkə vətəndaş cəmiyyətinin nümayəndələri – qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, tarixçilər, siyasi eksperlər müzakirələrdə başqa nəticələr də əldə edə bilərlər ki, sonradan həmin nəticə ümumi işin xeyrinə ola bilər...

Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |