29.11.2011 [11:36] - Hərb
Qırğızıstan Azərbaycanın ali hərbi təhsil müəssisələrində təhsil alan kursantlarının sayını artırmaq istəyir. Bununla bağlı MDB Müdafiə Nazirləri Şurasının noyabrın ortalarında Qazaxıstanda keçirilən iclasında müzakirələr aparılıb.
Tərəflər arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planında Azərbaycanda təhsil alan qırğız hərbçilərinin sayının artırılması nəzərdə tutulur. Kursantların sayının nə qədər artırılacağı barədə məlumat verilməyib.
2004-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Qırğızıstan ordusu üçün ödənişsiz olaraq kadrların hazırlanmasına başlanıb. Bu günədək Azərbaycanda 22 qırğız hərbi qulluqçusu təhsil alıb. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Qırğızıstandan 9 hərbi qulluqçu təhsilini davam etdirir.

Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |