Şrift:
Türkiyədə "üzən avtomobil dayanacaqları" yaradılacaq
10.12.2013 [10:56] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin İstanbul şəhərində "üzən avtomobil dayanacaqları"nın yaradılması nəzərdə tutulur. Bu barədə Türkiyənin "Sabah" qəzeti çərşənbə axşamı xəbər yayıb.
Məlumata əsasən, layihə çərçivəsində köhnə bərələr yenilənərək "üzən avtomobil dayanacaqları" kimi istifadəyə veriləcək.
Bu addım avtomobillərin saxlanılması zamanı şəhərdə yaranan tıxacların qarşısının alınması üçün atılır.
Qəzetin məlumatına görə, analoji layihə bundan əvvəl Yaponiya və Kanadada həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed