Şrift:
Dünya İnsan haqları Günü münasibəti ilə Türkiyə paytaxtı Ankarada önəmli konfrans keçiriləcək
10.12.2013 [12:52] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Türk dünyası insan haqları qurumlarınn iştirakı ilə keçiriləcək konfransda, Güney Azərbaycanı GAMAC (Gümey Azərbaycan Milli Azadlıq Cəbhəsi) təmsil edəcək.
“Günümüzdə İnsan Haqları” konfransı dekabrın 10-da (azərin 19-da) Dünya İnsan Haqları Bəyannaməsiinin onaylanmasının ildönümündə keçiriləcək. Konfransda türk dünyasının hüquq üzrə mütəxəssisləri, insan haqları fəalları, mədəni-siyasi və elmi şəxsiyyətləri iştirak edəcəklər.
Konfransa türk hüquq institutunun rəisi Professor Doktor Əli Akyıldız sədrlik edəcək.
Konfrans çıxışçıları:
İraq türklərinin dayanışma və mədəniyyət dərnəyinin Ankara şöbəsinin rəisi Mahmud Kasaboğlu
Şərqi Türküstanın dayanışma və mədəniyyət dərnəyinin Ankara şöbəsinin rəisi Hayrullah Əfəndigil
Milli Cəbhə (GAMAC) üzvü Məhbub Əmrahi
Suriya türklərinin dayanışma və mədəniyyət dərnəyinin rəisi Zəki Türkmən
Top universitetinin (TOBB ETU) elmi heyətinin üzvü Doktor Toğrul İsmail
Krım tatarlarının təməl haqları fondunun rəisi Nadir Bakirov
Türkiyənin insan haqları eksperti (karşünas) Abdullah Buksur
Qeyd edək ki, konfrans yerli vaxtla saat 14:00-da Türkiyə “Kamu-Sen”in gənəl mərkəzində, Ankaranın Kocatəpə məhəlləsində, doktor Mediha Eldem xiyabanı 85-ci nömrədə keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed