29.11.2011 [13:18] - DAVAMın yazıları
“Olmasın hiç o ta içden gülən gozlerde yaş,
Yollarımız ayrılsa belə səninlə, arkadaş...”
Əski bir türküdən
Yollarımız ayrılsa belə səninlə, arkadaş...”
Əski bir türküdən
... Bu yazını əslində səsli düşüncəm kimi qəbul edin. Bir az da kövrəkliyim kimi.
Hər birimizin gözlərimizi yumub elə-eləcə gülümsədiyimiz anlar olur. Ya bir köhnə dostu, ya sevgiliyi, ya da adicə bir kəlməni ağlımıza gətirib o anı təkrarladığımız anlar. Düşündüyümüz o nəsə, ürəyimizi doldurub gözlərimizdən süzülür, dodaqlarımızda dadlı bir təbəssümə çevrilir. Hələ bu nəsəyə bir türkü də əlavə eləsək...
Bax, bu insanın özüylə baş-başa olduğu andır.
Bəs biz bu anı necə yaşayırıq?
Mən bir az dostluqdan danışmaq istəyirəm. Mənə görə daxili mədəniyyəti çox yüksək olan bir dosta sahib olmaq elə gözəllik deməkdir. Yetər ki, məhz sənin dostun olsun...
Bəs gözəllik nə deməkdir?
Bir insanın gözümu? Qaşlarımı? Simasımı?
Şablonlaşmış bir ifadə var, insanın üzü deyil, içi gözəl olsun. Mən bu fikirlə razıyam amma qismən. Gözəllik təkcə təndə deyil.
Çox çirkin bir adamda belə ilahi qəşəngliyi tapmaq olar. Yetər ki, görmək istə...
Bəs mənə görə gözəllik nədir?
Mənə görə hisslərdir. Sənin ruh halının gözlərinə xitab etdiyi, ordan da ürəyinə süzüldüyü andır. Həmin an ruhun hardadırsa baxış bucağın da elədir.
Mənə görə gözəllik mənəviyyatdır!
Mənə görə gözəllik daxili aləmin böyüklüyüdür!
Mənə görə gözəllik - DOSTLUQDUR!
Bəli, dostluq.
Dünyanın bütün gözəlliyi bu ali hissdə gizlənib. Sən heç nəyə sahib olmayıb sadəcə bir dosta sahib olsan inan mənə bacararsan! Yaşamağı da, uğurlar əldə etməyi də, iri addımlarla gələcəyini gətirməyi də.
Niyə, bilirsənmi? Çünki, hər arxaya boylandığında onu görərsən, önünə keçən əngəlləri onun sayəsində aşarsan, hər çökdüyündə o tutar əllərindən. Bir gün aşiq olduğunda o göstərər sevdadan kor olmuş gözlərinin görmədiyi həqiqətləri. Və o əmanət edər səni sevdiyinə. Bir gün tənha qalıb dünyadan üz döndərəndə belə yenə dostluq yetirər özünü.
Mənə görə bu hiss bütün hisslərin dostudur. Nə gözəl ki, sevgiliylə dost olasan, doğmanla, dəyər verdiyin biriylə, ya da eləcə, səni dünyaya gətirən insanlarla-Ata-Ananla.
Mənə görə dostluq-Tanrıdır: axı Tanrı da hər kəsin yanında, hər kəslədir. Ən gözəl DOST elə TANRI-dır! Səni Tanrıya aparan yol da SEVGİ!
GÖZƏLLİK - elə bu deyilmi?!
Demək ki, bəzi şeyləri irdələmədən yaşamaq gərəkir. Tanrının verdiyi həyatı Tanrıdan hisslərlə sürdürmək, dünyaya meydan oxuyurcasına, qürurla, başıdik yaşamaq gərəkir. Yetər ki, simasından ömrünə nur yağan, mənəviyyatı Tanrıya yüksəlmiş gözəl bir dostun olsun!..
Təşəkkürlər, Tanrım!
Bu xəbər oxucular tərəfindən 1335 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |