11.12.2013 [10:40] - İdman
"Qalatasaray"-"Yuventus" oyunu təxirə salınıb. Bununla bağlı qərar UEFA ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Matçın yeni tarixi dekabrın 11-də açıqlanacaq. Qarşılaşma dayandırıldığı vaxtdan davam etdiriləcək.
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İstanbulda "Qalatasaray" və "Yuventus" arasında qarşılaşma yarımçıq dayanıb. APA-nın məlumatına görə, oyun başlayandan sonra İstanbulda güclü qar yağmağa başlayıb və meydançanı qar örtüb. Hakim meydançadakı xətlərin görünməydiyini əsas gətirərək, oyunu yarımçıq dayandırıb. Bu, qarşılaşmanın 33-cü dəqiqəsində baş verib. Hakim 20 dəqiqəlik fasilə elan edib. Bu vaxt ərzində meydança qardan təmizlənməlidir

Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |