11.12.2013 [11:28] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan "Qondarma erməni soyqrımı"na görə Türkiyənin bütün ermənilərdən üzr istəməsini tələb edir
Region Rəsmi İrəvan Ankaraya Türkiyə ilə münasibətlərini nizama salmaq üçün yeni “yol xəritəsi” ni təqdim edib. Bu barədə Ermənistan mətbuatı məlumat verir. Məlumata görə, Ermənistan hazırladığı təklifləri 10 gün əvvəl Türkiyə Xarici işlər naziri Əhməd Davudoğluya şəxsən göndərib. Hazırlanmış “Yol xəritəsi”ndə Ermənistan aşağıdakı 3 məsələni irəli sürür:
1.Türkiyə kütləvi halda erməni soyqrımına görə məsuliyyəti öz boynuna görtürməli, bütün dünya ermənilərindən üzr istəməlidir
2.Təcili olaraq ermənistan-türkiyə sərhədlərini açmalıdır və ermənistanla diplomatik əlaqələr qurmalıdır.
Bundan sonra Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və hərbi ritorika üzərində nəzarət üzrə ictimai proqramların həyata keçirilməsi, sərhədyanı insidentlərin qarşısının alınması, snayperlərin geri çəkilməsi və əhalinin sülhə hazırlanması məsələsində dinc vasitəçilik səyləri ilə çıxış etmək imkanı qazanacaq.
“Ehtimal olunur ki, Davudoğlu İrəvana səfəri çərçivəsində özünün erməni həmkarını rəsmi Ankaranın Ermənistan tərəfindən təklif edilən “yol xəritəsi” ilə bağlı mövqeyi haqqında məlumatlandıracaq”,- deyə Ermənistanın “Aravot” qəzetində qeyd edilib.

Bu xəbər oxucular tərəfindən 1208 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |