Şrift:
Kiyevdə Müstəqillik meydanında 4 minə yaxın insan etiraz aksiyasını davam etdirir
13.12.2013 [10:15] - Xəbərlər, Siyasət
Ukraynanın paytaxtı Kiyevdə Müstəqillik meydanında 4 minə yaxın insan etiraz aksiyasını davam etdirir.
Hüquq-mühafizə orqanları paytaxtda kütləvi tədbirlərin keçirilməsi ilə bağlı heç bir kobud hüquq pozuntusu qeydə almayıblar. Bu barədə cümə günü UNİAN DİN-ə istinadən xəbər yayıb.
DİN-dən dəqiqləşdiriblər ki, gecə saatlarında Kiyevdə asayişi 1900 qanun keşikçisi qoruyub.
Kiyevdə Avropaya inteqrasiyanın tərəfdarlarının kütləvi aksiyaları hökumətin Aİ ilə assosiasiya haqqında sazişi imzalamağa hazırlığı dayandırdığını elan etdikdən sonra - noyabrın 21-dən keçirilir.
Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed