13.12.2013 [10:24] - Gündəm, Müsahibə
“Ukraynada demokratik qüvvələrin haqlı etirazları düşünürəm ki, bütün hallarda Ukrayna xalqının və dövlətinin xeyrinə nəticələnəcək”
Bu sözləri BayMedia-ya Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideoloji məsələlər üzrə sədr müavini, politoloq Həbib Ələkbərsoy Ukraynada cərəyan edən hadisələri şərh edərkən bildirdi.
“Hadisələrin necə yekunlaşacağından asılı olmayaraq, artıq Rusiyanın imperialist maraqlarını Ukraynada təmin olunmasına imkan verən Yanukoviç hakimiyyəti xalqın etirazı ilə qarşılaşdığı üçün, bundan sonra hakimiyyətdə kimin olmasından asılı olmayaraq,bu dövlətin xarici siyasətindəki kurs tam olaraq Rusiyaya yönəldilməyəcək”,-deyən politoloq hesab edir ki, Rusiya istiqaməti bu dövlətə xeyir gətirməz:”Ümumiyyətlə, possovet məkanında Rusiyanın imperialist marağı bu ölkələrin demokratikləşməsinə bir maneədir. Ona gorə Rusiyanın Ukraynada maraqlarının təmin olunması nəinki bu ölkəyə, ümumiyyətlə Şərqi Avropaya və Qafqaza, o cümlədən Azərbayacana ciddi təsirlər edər. Bu səbəbdən düşünürəm ki, Azərbaycanın siyasi qüvvələri Ukraynanın demokratik düşərgəsinə dəstək verməlidir”.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1379 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |