Şrift:
İran və Rusiyadan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alıb
13.12.2013 [12:07] - Hadisə
Noyabr ayında İran və Rusiyadan Azərbaycana narkotik keçirilməsinin qarşısı alıb.


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumata görə, noyabrın 4-də saat 22:00 radələrində Biləsuvar rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İran İslam Respublikası tərəfdən, iki nəfərin Azərbaycan tərəfdən mühəndis qurğusuna yaxınlaşması və İrandan Azərbaycan tərəfə naməlum əşyanın ötürüldüyü sərhəd naryadı tərəfindən müşahidə olunub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Vüsal Nazim oğlu Cəfərov və Mahir Ələsgər oğlu Abdullayev saxlanılıb, onların üzərinə baxış zamanı 11 kq marixuana aşkar edilib.


Noyabrın 6-da saat 21:30 radələrində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçmək istəyən bir nəfər İran vətəndaşı, 1977-ci il təvəllüdlü Mehriban Məhəmmədəli Mövsün saxlanılıb və onun üzərindən 10 kiloqram tiryək aşkar olunaraq götürülüb.


Noyabrın 5-də “Astara” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Astara rayon sakini Siyavuş Həsənağa oğlu Mirzəyevin üzərindən 287 qram tiryək, noyabrın 10-da Gəncə şəhər sakini Elşən Əli oğlu Əliyevin üzərindən 650 qram tiryək, 19 qram heroin , noyabrın 20-də Lənkəran rayon sakini Elvin Əbülfət oğlu Kərimovun mədəsində gizlətdiyi 7 bükümdə 41,4 qram heroin, noyabrın 128-də Lənkəran rayon sakini Şahin Əyyub oğlu İskəndərovun üzərindən 168 qram “Metamfetamin” həbi, 101 qram heroin, noyabrın 30-da Lənkəran rayon sakini Şahin Məsti oğlu İsazadənin bədəninin daxili orqanında gizlətdiyi 116 qram heroin götürülüb.


Noyabrın 23-də “Xanoba” sərhəd nəzarəti məntəqəsində Rusiyadan Azərbaycana keçərkən Rusiya vətəndaşı Amirulla Şahmid oğlu Qalacovun idarə etdiyi “VAZ-21043” markalı H 755 KX-05 RM dövlət nömrə nişanlı avtomobilin müxtəlif yerlərində gizlədilmiş 9 bağlamada 3,9 kiloqram çətənə bitkisi aşkar olunaraq götürülüb.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed