Şrift:
Azərbaycanla Ukrayna arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
14.12.2013 [10:16] - Xəbərlər, Hərb
Dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.
Müdafiə Nazirliyinin rəsmi saytı məlumat verir ki, səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Ukrayna-Azərbaycan ikitərəfli əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Ukrayna Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Vladimir Mitin də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed