Şrift:
Bernar Fasye: “Ermənistan-Azərbaycan sərhədində gərginlik Qarabağdan daha azdır”
29.11.2011 [17:50] - Gündəm
Həmsədrlər Qazaxdan helikopterlə Bakıya yola düşüblər


Qazax. Ayxan Hüseynov - APA. Bu gün Qazax rayonunun Cəfərli kəndində qoşunların təmas xəttində keçirilən monitorinqdən sonra təmas xəttini keçərək Qazax rayonuna gəlmiş ATƏT-in Minsk qrupunun həmsədrləri Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüşüblər. APA-nın qərb bürosunun məlumatına görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Bernar Fasye regiona səfər barədə danışıb: “Bildiyiniz kimi, biz hələlik səfərin yarısındayıq. Görüş həmişəki kimi bir tərəfdə başlayır, digər tərəfdə qurtarır. Ermənistanda olduq, prezident, xarici işlər və müdafiə naziri ilə görüşdük. Bu dəfə keçidi təmas xəttində - Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədində etdik. Xoşbəxtlikdən burada gərginlik təmas xəttindən daha azdır. Qazaxdan helikopterlə Bakıya yola düşəcəyik. Bakıda prezident, xarici işlər və müdafiə naziri ilə görüşəcəyik”.

Bunun ardınca həmsədrlər helikopterlə Bakıya yola düşüblər.
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed