Şrift:
Azərbaycanda ilk dəfə keçirilən Draytulinq üzrə respublika çempionatı uğurla başa çatıb
16.12.2013 [10:39] - İdman
Dekabrın 14-15-də Azərbaycanda ilk dəfə keçirdiyi draytulinq üzrə respublika çempionatı keçirilib.



Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən verilən məlumata görə, yarışın final mərhələsinin sonunda qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının (ADEİNFA) pul mükafatı və FAİREX-in sertifikatları ilə təltif olunublar.



Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçirilən çempionata FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox klubunun (Bakıdan - “FHN Ekstremal” “Ekosport”, “Kyaniti”, “İrəli Ekstrim” “AMEAST” (ATİ), “Qaya Qartallari” (İqtisad Universiteti), “Qərb Universiteti”, “Climber”, “Gənclik” (İdman Akademiyası), “Macəra”, “Murov”, “Extralife”, “Marxal”, “Simurq”, “Bakı Avia”, “Rock Stone”, Şəkidən - “Şəki AMA.”, “Nuxa”, Qusardan - “Salavat”, “Zirvə”, İsmayıllıdan- “Qafqaz”, “Şahdağ MP”, “Babadağ”, Qaxdan- “Ekstremal”, Gəncədən- “Gəncə Ekstremal”, “Kəpəz”, Yardımlıdan - “Kəmər Qaya”, Zaqataladan - “Mountain Bee” və s.) 160-dan çox idmançısı qoşulub.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed