30.11.2011 [11:29] - Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması məqsədəuyğun hesab olunsun.
Bu sərəncamda nəzərdə tutulmuş İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına İnkişaf Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim etmək; İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını təmin etmək; bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görmək; vətəndaş cəmiyyəti təsisatlarının iştirakını, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsini təmin etmək; İnkişaf Konsepsiyası layihəsinin hazırlanması ilə bağlı aparılan işlər barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Nazirlər Kabinetinə və aidiyyəti dövlət orqanlarının rəhbərlərinə bu sərəncamda nəzərdə tutulmuş İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görmələri tapşırılıb.

Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |