16.12.2013 [13:09] - Mədəniyyət
Zakir Ağdamlı təbi vətənpərvərlik duyğuları ilə köklənən istedadlı şairlərimizdəndir. Onun yaradıcılığında folklor janrlarımızdan olan bayatı formalı deyimlər vətənpərvərlik məzmunda yenilik kəsb edir:
Bu dörd misrada Bütöv Azərbaycanın tarixi ərazisi əks olunur. Bir daha tarixi keç-mişimiz, yəni böyük Səfəvi dövlətinin güneydən qüzeyə olan ərazisini tamamlayan iki qədim şəhərin adları çəkilməklə yurdumuz olduğu vurğulanır. Həqiqətən də laləzar ellərimiz baharın gəlişilə gül-çiçəyə qərq olub füsünkar bir görkəm alır. Vaxtı ilə böyük Azərbaycanın yaşı bilinməyən ulu şəhərlərimiz at üstündə seyr edilib: laləli, bənövşəli yaylaları, yaylaqları xalqımızın dövlət əraziləri olmuşdur. Xarici səyyahların qeydlərində də Azərbaycan əraziləri ən çox al lalələrin boluğu ilə xatırlanıb...
Zakir Ağdamlının “Qəlbimin aynası”, “İlahi, dağlara qovuşdur məni” adlı şer kitabları oxucular tərəfindən sevilərək oxunmaqdadır. Şairin yaradıcılığında ən çox bayatı janrında yenilik əxz olunur və ellərimizin adları çəkilməklə cinas sözlərlə gözəllik lövhələri yaradılır.
Qəlbi Vətən eşqilə döyünən sevimli şairimizə uzun ömür və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq...
Şamaxıdan bizəcən,
Lalə çıxıb dizəcən.
Kaş gəzəydim yurdumu,
Dərbənddən Təbrizəcən.

Bu xəbər oxucular tərəfindən 1318 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |