17.12.2013 [10:39] - Diaspor
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi dekabrın 14-də yeni ofisinə köçdü
Açılış mərasimində Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin nümayəndələri, Benilüks Azərbaycanlılar Konqresinin, Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin, Azərbaycanın Holladiyalı Dostları Cəmiyyətinin, eləcə də Niderlandda fəaliyyət göstərən başqa cəmiyyətlərin üzvləri, ziyalılar, Türkiyə mətbuatının nümayəndəsi Coşkun Yeyənoğlu və digər soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva 2 gün öncə Ümummilli lider Heydər Əliyevin vəfatının 10 illiyinin böyük hüznlə qeyd edildiyini diqqətə çatdıraraq 1 dəqiqəlik sükutla mərhum prezidentin xatirəsini yad etməyi xahiş etdi. Cəmiyyət sədri sonra cəmiyyətin yaranma tarixindən, fəaliyyətindən söz açaraq bildirib: “Cəmiyyətimiz Niderland Krallığında 2004-cı ildə yazıçı və ziyalı xanım Gülşən Lətifin rəhbərliyi ilə yaranıb. Fəaliyyət proqramı Azərbaycanın tarixini, mədəniyyətini, elmini, milli-mənəvi zənginliklərini və eləcə də problemlərini Niderland cəmiyyətinin diqqətinə çatdırmaq olub. Bu illər ərzində müxtəlif festivallarda ölkəmizi ləyaqətlə təmsil etməklə yanaşı, Xocalı soyqırımı qurbanlarının anılması, Qarabağ müharibəsini əks etdirən kitab və rəsm əsərləri sərgilərinin təşkilində də fəallıq göstərilib. 3 il öncə cəmiyyətin sədrliyi mənə tapşırılıb, ancaq təəssüf ki, cəmiyyətimizin fəal fəaliyyət göstərməsi üçün müəyyən bir ofisi olmayıb. Nəhayət, uzunmüddətli axtarışlarımız nəticə verib və biz cəmiyyətimizin üzvlərinin daha fəal işləməsi üçün şəraiti olan ofis kirayələyə bildik. Cəmiyyətimizin fəal qadınları arasında təbii ki, Azərbaycanda müəllim kimi çalışanlar da olub. Onların təşəbbüsü ilə Azərbaycan dilini və ədəbiyyatını Niderlandda yaşayan azərbaycanlıların uşaqlarına öyrətmək və bununla da yeni nəslin millətini, xalqını, tarix və ədəbiyyatını daha dərindən tanımasına şərait yaratmaq üçün bazar günləri fəsliyyət göstərən kiçik bir məktəb yaratmaq və bu gün açılışına toplaşdığımız məktəbimizə dahi Azərbaycan şairi N.Gəncəvinin adının verilməsini qərara aldıq. Əlbəttə ki, bu, bizim son layihəmiz olmayacaq, ümid edirəm ki, qarşıdan gələn 2014-cü ildə daha böyük layihələrə imza atacağıq. Hər birinizə bu gün bu sevinci bizimlə bölüşdüyünüzə, əsl azərbaycanlı mövqeyi nümayiş etdirdiyinizə görə minnətdarlığımı bildirirəm. Cəmiyyətimiz adından göstərdikləri hər cür dəstəyə və məktəbimizin açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinə və Azərbaycan Respublikasının Disporla İş üzrə Dövlət Komitəsinə, eləcə də məktəbimizi lazımi əyani vəsait və kitablarla təmin etməkdə sponsorluq etdiyinə görə Azərbaycanda fəaliyyət göstərən “Təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi və “AzPoliqraf” Nəşriyyat-Poliqrafiya Müəssisəsinə xüsusi təşəkkürümüzü çatdırıram. Arzum budur ki, hər zaman beləcə, milli birliyimizi qoruyub saxlayaq”. Azərbaycanın Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirinin müavini Fərid Zeynallı Azərbaycan diasporasının yaranma tarixinin çox qısa olduğunu və bu birliyin əsasının azərbaycanlı olması ilə fəxr edən mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb: “Hazırda Azərbaycan Respublikasının dünyanın demək olar ki, bütün ölkələrində nümayəndəlikləri, səfirlikləri, konsulluqları fəaliyyət göstərir. Niderland Krallığında da səfirliyimiz var və biz diplomatik fəaliyyətimizlə yanaşı Azərbaycan vətəndaşlarının problemlərinin həlli, eləcə də Azərbaycan dövləti, milləti adına müsbət işlər görən hər bir quruma, burada fəaliyyət göstərən cəmiyyətlərə, birliklərə əlimizdən gələn dəstəyi verməyə çalışırıq. Azərbaycançılığın təqdim və təbliğ edilməsi, diasporamızın daha da güclənməsi üçün bu dəstəyi göstərmək həm bir dövlət qurumu, həm də bir azərbaycanlı kimi hər birimizin borcudur. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyini də yeni ofislərinin və Azərbaycan məktəbinin açılışı münasibətilə təbrik edirik və digər layihələrinin həyata keçirilməsində də əlimizdən gələni əsirgəməyəcəyik ”. Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin konsulu Nahid Hacıyev də çıxış edərək Azərbaycanın tarixində, mədəniyyətində, siyasətində, milli-mənəvi dəyərlərinin qorunmasında qadınlarımızın xüsusi rolunu vurğulayıb: “Bu gün açılışına toplaşdığımız bu kiçik məktəbin də məhz bir qadın cəmiyyəti tərəfindən reallaşdırılması bir daha Azərbaycan qadının birləşdirici olmasından xəbər verir. İlk baxışda kiçik bir iş kimi görünsə də, əslində bu, çox önəmli bir layihədi. Qərib ölkədə yaşayan hər bir xalq yaşadığı ölkədə öz xalqını, öz mədəniyyətini, dəyərlərini lazımınca tanıtdırmalı və eyni zamanda qəbul etdirməlidi. Azərbaycanlılar Niderland krallığında başqa xalqlara baxanda az zamandı yaşayırlar. Ona görə də azərbaycanlıların hazırda həyata keçirdikləri işlər kiçik görünsə də, gələcək üçün çox önəmlidi. Odur ki, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyini təbrik edirəm və gələcəkdə daha böyük layihələr həyata keçirmələrini arzulayıram”. Sonra çıxış üçün söz alan “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin fəxri sədri, yaradıcısı olan yazıçı-ziyalı Gülşən Lətif bu gün qürurdan gözlərinin yaşardığını bildirib: “Bu gün çox sevincliyəm. Çünki 7 il öncə təməlini qoyduğum bir cəmiyyətin hazırkı fəaliyyətindən çox məmnunam. Mənim ürəyimdə qalan arzularımı reallaşdırdığı üçün cəmiyyətin bütün xanımlarına təşəkkürümü bildirirəm və bir daha əmin oldum ki, 3 il öncə Mayisə xanımı sədr seçməkdə heç də yanılmamışam. Mənim də Nizami Gəncəvinin adını daşıyan Haaqa Azərbaycan məktəbinə hədiyyəm dahi şairin rəsmi toxunmuş xalça olacaq. YUNESKO tərəfində 800 illik yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin adının bu məktəbə verilməsi məsuliyyətimizi daha da artırır. Qoy burda dərs alan uşaqlar onun yaradıcılığını və həyatını dərindən öyrənsinlər ki, onun haqqında fars şairi, ərəb şairi və s. deyənlərin cavabını verə bilsinlər və gələcəkdə Azərbaycanın adını dahi şairimiz kimi ucaltsınlar. Bundan başqa məktəbin kitabxanasına özümün kitablarımdan bir neçəsini bağışlayıram. Uğurlu olsun!” Daha sonra müstəqil jurnalist Elnaz Sanqin, BAK nümayəndələri Elsevər Məmmədov və Ofeliya Babayeva, məktəbin direktoru Almaz Kərimli və digərləri öz ürək sözlərini söyləyərək cəmiyyətə və məktəbə uğurlar dilədilər. Açılışın rəsmi hissəsi “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin İdarə Heyətinin üzvü Ofeliya Məcidlinin və iştirakçıların hərəsinin bir bənd deməklə Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini söyləməsilə başa çatdı.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Əhmədqızı

Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |