Şrift:
Azərbaycan bu il Orbiter-2M tipli 10 pilotsuz uçuş aparatı istehsal edib
17.12.2013 [12:20] - Gündəm, Hərb
Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən cari ildə «Orbiter-2M» tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib.
Bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, istehsal edilmiş bu 10 sistemin sınaqları başa çatdırılaraq istismara verilib.

Y. Camalov həmçinin qeyd edib ki, cari ildə 30 ədəd «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. Maşınlar 14.5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulu ilə silahlandırılıb.
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed