Şrift:
Babək Çələbiyanlı Güney Azərbaycan Milli Dirəniş Təşkilatının içitmayi əlaqələr və mətbuat xidmətinin rəhbəri(1)
17.12.2013 [14:22] - Güney Azərbaycan xəbərləri, Diaspor
Babək Çələbiyanlı AMDT içitmayi əlaqələr və mətbuat xidmətinin rəhbəri:

Babək Çələbiyanlı 1982-ci ildə Güney Azərbaycanın Xudafərin bögəsində anadan olub.İbtidai və orta təhsilini həmin bölgədə bitirib. 2002 də Tehran – İmam Əli Hərbi unversitəsində Sistem Mühındisligi bölümünə daxil olub və 2006-ci ildə leytenant rütbəsi ilə məzun olub.
Orta məktəbdə oxuyan zaman bəzi müllimləri və yaxınlarımın vastəsi ilə Azərbaycan tarixin örgənməyə başlayıb.

Milli Hərəkatda fəaliyyəti əsasən Hərbi univərsitetə daxil olandan sonra başlayıb.Tehranda və başqa universitələrdə olan Türk Mili fəalları ilə əlaqə quraraq Türkcə yayımlanan oyrənci dərgiləri o cümlədən YOL, ƏRDƏM və...yayan tələbə fəallarla tanış olub və onlarla ara sıra görüşərək milli fəaliyyətə başlayıb.Ondan sonra Tehran univeristəsində yayimlanan ” İqtisad Azərbaycan” dərgisində fəaliyətə başlayıb.Bir müddət sonra Hərbi universitetin ayliq dərgisinin baş yazarı olaraq fəaliyyət göstərib.

Hərbi universitetdə Babəkin doğum günü münasibəti ilə 1200 çox Türk Hərbi öyrənci və bir sıra Türk zabitlərinin iştirakilə tədbir keçiriblər.Tədbirdən sonra Babək Çələbiyanlı daxil olmaqla çoxlu sayda yüksək rütbəli zabitlər cəzlandırıldı ama bu məsələ gündəmə gəlməsin diyə bu hadisə iran rejimi tərəfindən gizli saxlanıldı.

Hərb məktəbini bitirəndən sonra Babək Çələbiyani İranın xüsusi təyinatlı birqadasına təinat alıb. sonra öz istəyiilə 21 Həmzə Azərbaycan Ordusuna qatılıb və orada bölüm kamanderlığı vəzifəsinə başlayıb.Həmin müddətə dəfələrcə ordu əks kəşfiyat məmurları tərəfindən həbs olunaraq ruhi və fiziki işkəncələrə məruz qalıb.

2008.ildə iranın Şərqi Azərbaycan Hərbi məhkəməsində “Pan Türkisim” təşkilatlarla əlaqə saxlamaq ittihami ilə 6 ay şərti həbs cəzasına məhkum edilib.Bu səbəbdən ali hərbi təhsilini davam etdirməyə qadağa qoyulub eyni zamanda 5 il müddətinə ölkədən çıxışına qadaq qoyulub.
2010. ildə yenidən iranın Hərbi məhkəməsi tərəfindən həbs qərarı alan Babək Çələbiyanlı yaxın dosların yardımı ilə gizli yolla Türkiyə qaçmış və orada sığnacaq almaq üçün BMT ali komisarlığına müraciət edib.2012 də Amerikaya dövləti tərəfindən ona siyasi sığnacaq verilib və hazırda vaşington şəhərində yaşayır.
Babək Çələbiyanlı Türkiyədə olduqu zamnan “araznews” veb sayfasın yola salaraq Güney xəbərlərin yaymaqla məşğul olub hazırda araznews(http://www.araznews.org/new/) AMDT rəsmi xəbər orqanı sayılır.
Bu xəbər oxucular tərəfindən 1341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed