Şrift:
İranın xarici işlər naziri: İran və Ermənistan arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələr inkişaf etdirilməlidir
18.12.2013 [09:55] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranda səfərdə olan Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən qəbul edilib.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, ikitərəfli əlaqələr, regional və qlobal sahələrdə əməkdaşlıq əsas müzakirə mövzusu olub.

M.C.Zərif bildirib ki, İranla Ermənistan arasındakı əlaqələrinə heç bir maneə yoxdur: “İki ölkə arasında ticarət və iqtisadiyyat sahələrində əlaqələr inkişaf etdirilməlidir”. İran xarici işlər naziri Ermənistanın beynəlxalq arenadakı konstruktiv mövqeyinə də toxunaraq, iki ölkənin regional və qlobal sahədə məsləhətləşmələr apardıqları və əməkdaşlıq etdiklərini deyib. M.C.Zərif həmçinin İran və Ermənistanın keçmişə söykənən dostluq əlaqələrinə malik olduğunu vurğulayıb: “İran hökuməti qonşularına yönəlik əlaqələrində xüsusi mövqe nümayiş etdirir”.

Ş.Koçaryan isə öz növbəsində bildirib ki, İranla Ermənistan arasındakı əlaqələr bütün ölçülərdə inkişaf etməlidir. Ermənistan xarici işlər nazirinin müavini həmçinin İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya da toxunaraq, rəsmi İrəvanın bu müsbət müzakirələrə dəstək verdiyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed