30.11.2011 [11:40] - Xəbərlər
“Vaşinqton Türkiyə-Ermənistan yaxınlaşmasının uğurla nəticələnəcəyinə hələ də inanır və hər iki hökuməti ruhlandırır”
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həllinə ümid edir”. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubin Vaşinqtonda keçirilən “Cənubi Qafqaz müstəqillik əldə etdikdən 20 il sonra” adlı konfransda çıxışında deyib.
“Biz Minsk Qrupunu dəstəkləmək üçün əlimizdən gələni edir, uzun illərdən sonra Dağlıq Qarabağ sülh danışıqlarında irəliləyiş olacağına ümid edirik”, - deyə E. Rubin vurğulayıb.
O bildirib ki, hələ də baza prinsiplərinin razılaşdırılması üzərində iş aparılır: “İnanırıq ki, hər iki tərəf bu məsələdə səy göstərir. Gələn il irəliləyişin əldə olunacağına ümid edirik”.
E. Rubin onu da əlavə edib ki, 20 il ərzində sülh danışıqlarında hər hansı irəliləyiş əldə olunmaması uğursuzluq kimi qiymətləndirilməlidir: “Eyni zamanda düşünürəm ki, beynəlxalq səyləri, Minsk Qrupunun fəaliyyətini, ABŞ, Rusiya, Fransa və digər ölkələrin səylərini qeyd etmək vacibdir. Biz Ermənistan və Azərbaycana açıq münaqişədən qaçmağa yardım etmişik”.
Türkiyə-Ermənistan yaxınlaşmasından danışan E. Rubin bildirib ki, ABŞ hələ də bu prosesin uğurla nəticələnəcəyinə inanır və hər iki hökuməti ruhlandırır: “Lakin Türkiyədə başa çatmış, Ermənistanda isə gözlənilən seçkilər, həmçinin Dağlıq Qarabağ məsələsi bu prosesdə bir sıra problemlər yaradır”.
E. Rubin Azərbaycanın inkişafından da danışıb. O bildirib ki, Azərbaycanın müstəqil enerji ixracı kursu iqtisadi sahədə mənzərəni dəyişib: “1991-ci ildə əldə olunmuş siyasi müstəqillik iqtisadi müstəqilliyə yol açıb, insanların həyat səviyyəsi yüksəlib, ölkə beynəlxalq tədbirlərdə fəal iştirak edir, Əfqanıstandakı beynəlxalq səyləri dəstəkləyir. Bu gün ölkənin oynadığı mühüm qlobal rol haqqında 20 il bundan əvvəl düşünmək belə çətin idi”.
ABŞ rəsmisi qeyd edib ki, Azərbaycan və ABŞ arasında dialoq və əməkdaşlıq həmişə məhsuldar və pozitiv olub.
Azərbaycanlı yazıçı-jurnalist Rafiq Tağının öldürülməsinə münasibət bildirən E. Rubin ABŞ-ın Bakıdakı səfirliyinin məsələ ilə bağlı bəyanat yaydığını xatırladıb: “Biz faktları bilmirik, buna görə də nə baş verdiyini deyə bilmərik. Amma bu, narahatlıq doğuran məsələlərdəndir. Təqdirəlayiqdir ki, Azərbaycan hökuməti cənab Tağının qətlinin araşdırılması üçün dərhal xüsusi təhqiqat qrupu yaradıb”.
Dövlət Katibinin köməkçisinin müavini ABŞ və Azərbaycan hökumətləri arasında yaxşı dialoqun olduğunu bir daha təkrarlayıb və bildirib ki, onun ölkəsi Cənubi Qafqazın Avropa qonşuluğuna inteqrasiyasını dəstəkləyir.
Qeyd edək ki, Vaşinqtonda “Cənubi Qafqaz müstəqillik qazandıqdan 20 il sonra” adlı iki günlük konfrans keçirilib. Karnegi Beynəlxalq Sülh Fondunda təşkil olunmuş tədbir 20 illik müstəqillik dövrünün dərsləri, Cənubi Qafqaz ölkələrində dövlət quruculuğu və regionun ən yaxşı inkişaf yolu kimi məsələlər müzakirə olunub.

Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |