30.11.2011 [11:44] - Gündəm
Azərbaycanın Baş Prokurorluğu İran ayətullahı Məhəmməd Cavad Lənkəraninin azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətli ilə bağlı bəyanatına münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, kütləvi informasiya vasitələrində, o cümlədən internet resurslarında qeyd edilən cinayətlə əlaqədar müəyyən edilmiş məlumatlar üzərində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı ilk əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləyib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edilib, konkret tapşırıq və tövsiyələr verilib. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.
İranın mərhum ayətullahı Fazil Lənkəraninin oğlu, Qum şəhərində fəaliyyət göstərən axund Məhəmməd Cavad Lənkərani azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlə nin haqq olduğunu bildirib. M. C. Lənkərani deyib ki, müsəlmanlar islam dəyərlərinə qarşı məkrli planların gerçəkləşməsinə icazə verməyəcəklər: “Şükürlər olsun ki, Allahın intiqam əli qeyrətli müsəlmanlarda zühur etdi və islamı və onun peyğəmbərini təhqir edən xəbis adamı öldürərək cəhənnəmə göndərdi. Onu qətlə yetirən qatil müsəlmanların ürəyini şad etdiyi və Allahın əmrini icra etdiyi üçün Tanrının yanında böyük mükafat sahibi olacaq”. M. C. Lənkərani Rafiq Tağının öldürülməsi ilə bağlı Azərbaycan xalqını təbrik edərək onun qətlinə fətva vermiş atası Fazil Lənkəraninin xatirəsini anıb.
Xatırladaq ki, 2006-cı ildə ayətullah Fazil Lənkərani “Avropa və biz” adlı məqaləsində islamı təhqir etdiyi iddiası ilə Rafiq Tağı barəsində ölüm fitvası verib. Fazil Lənkərani 2007-ci ildə vəfat edib. Rafiq Tağı isə noyabrın 19-da “İran və qloballaşma qaçılmazlığı” məqaləsindən sonra Bakıda bıçaqlanıb və dörd gün sonra - noyabrın 23-də aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |