19.12.2013 [13:22] - İdman
FİFA milli komandaların 2013-cü il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.Azərbaycan yığması siyahıda 94-cü yerdə qərarlaşıb.
Sonuncu dəfə noyabrın 28-də açıqlanan siyahının rəsmən dərc olunmasından sonra heç bir oyuna çıxmayan yığmamızın hesabındakı xal isə dəyişməz qalıb. Belə ki, komandamızın indiki kimi 363 xalı var.
Lakin oynamamağı da millinin irəliləməsinə mane olmayıb. Ötən ay 95-ci olan komandamız 1 pillə yüksəlib. Əslində, 94-cü pillənin bu dəfə 2 sahibi var. Çünki, 3 pillə irəliləyən Estoniya da komandamız kimi 363 xala malikdir.
Komandamızın irəliləməsi 2 ölkə - Kuba və Dominikan Respublikasının uçuruma yuvarlanması ilə bağlıdır. Onlar müvafiq olaraq, 53 və 27 pillə aşağı düşüb. Düzdür, 12 pillə yüksələn Səudiyyə Ərəbistanı bizi keçib.
Qeyd edək ki, İspaniya (1507), Almaniya (1318) və Argentinanın (1251) qərarlaşdığı ilk “üçlük”də heç bir dəyişiklik olmayıb.

Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |