Şrift:
Konyada Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
30.11.2011 [11:53] - Gündəm
Dekabrın 1-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

SAM-dan verilən məlumata görə, tədbirdə SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev “Dağlıq-Qarabağ münaqişəsi və onun həlli yolları”, millət vəkili Fazil Mustafa “Azərbaycan və Türkiyənin erməni problemi və atılacaq birgə addımlar”, APA-nın baş direktoru Vüsalə Mahirqızı “Türkiyə-Azərbaycan münasibətlərində mətbuatın rolu”, Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullu isə “Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələr” mövzularında məruzələrlə çıxış edəcəklər.

Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin ekspertlər səviyyəsində müzakirəsini həyata keçirmək, türk ictimaiyyətini Azərbaycanda gedən son ictimai-siyasi proseslərlə və xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq, həmçinin ali təhsil ocaqları ilə daha sıx əlaqələr qurmaqdır.
Bu xəbər oxucular tərəfindən 1099 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed