Şrift:
Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirlər açıqlanıb
21.12.2013 [09:08] - Gündəm, İqtisadiyyat
Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirlər 10 milyon dollara çatıb. Bu barədə çərşənbə günü "Azərkosmos" ASC-dən bildiriblər.
Hazırda Azərbaycanın peyk operatoru tərəfindən "Azerspace/Africasat-1a" peykinin resurslarının 50 faizindən çoxu reallaşdırılıb. Peykin köməyi ilə 70 televiziya və radiokanal yayımlanır ki, bunun da 19-u yerlidir.
Peyk televiziya kanallarının standart və birbaşa yayımını həyata keçirir.
"Azerspace/Africasat-1a" rabitə peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir.
İstifadəçilər televiziya kontentinə baxmaq üçün peyk qəbuledicilərini bu formada tənzimləməlidirlər: tezlik - 11169 MHz, sürət - 20400, polyarlaşma - Horizontal və FEC - 5/6.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed