Şrift:
"Qarabağ" ikinci dövrənin şəriksiz lideri oldu, "Qəbələ" və "Neftçi" ən yaxın izləyicilərdir
21.12.2013 [11:14] - Gündəm, İdman
Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun - ikinci dövrənin son turunun oyunları keçirilib.
Doğma meydanda "Bakı"nı qəbul edən "Qəbələ" 2:0 hesabı ilə qələbə qazanıb.
"Xəzər Lənkəran" - "Sumqayıt" oyununda 7 qol qeydə alınıb. Matç cənub təmsilçisinin xeyrinə başa çatıb - 4:3.
AZAL - "Neftçi" matçında isə "təyyarəçilər" üstün olublar - 2:1. Oyunun 80 və 83-cü dəqiqələrində "Neftçi"nin heyətində Mahir Şükürov və Elvin Yunuszadə qırmızı vərəqə alaraq meydanı tərk ediblər.
Bkıda keçirilən "Rəvan" - "Simurq" matçında zaqatalalılar 0:3 hesabı ilə qalib gəliblər.
Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" və "İnter" komandaları üz-üzə gəliblər. Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə başa çatıb - 2:0.
Beləliklə, Premyer Liqanın birinci dövrəsinə yekun vurulub. Turnir cədvəlində "Qarabağ" 36 xalla 1-ci, "Qəbələ" 35 xalla 2-ci, "Neftçi" isə 34 xalla 3-cü sıradadır.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed