30.11.2011 [13:51] - Gündəm
Böyük Britaniyanın Tehrandakı səfirliyinin diplomatik heyətinin evakuasiyası ilə əlaqədar İrana dair məsələləri bundan sonra müvəqqəti olaraq bu ölkənin Bakıdakı səfirliyinin kurasiya etməsi nəzərdə tutulur.
Bu barədə diplomatik mənbələrdən bildirilib. Məlumata görə, İranda baş verən və Birləşmiş Krallığa aid olan mövzularla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyini bu ölkənin Azərbaycandakı səfirliyi operativ məlumatlandıracaq.
Xatırladaq ki, ötən gün bir qrup iranlı tələbə Britaniyanın Tehrandakı səfirliyinə hücum edərək diplomatik missiyanı tutub, bəzi məxfi sənədləri ələ keçirib, Britaniya bayrağını yandırıb və altı nəfəri girov götürüb. İran polisinin səyləri nəticəsində tələbələr səfirlik binasından çıxarılıb, girovlar isə azad edilib.
Böyük Britaniya yaranmış vəziyyətlə əlaqədar artıq diplomatlarını İslam Respublikasından çıxarmağa başlayıb.
Britaniyanın baş naziri Deyvid Kameron isə İrana xəbərdarlıq edib ki, səfirliyə hücum ciddi fəsadlara səbəb olacaq.

Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |