Şrift:
Şirinxanım Kərimbəyli Şadiman: - HEÇ OLMADI BİR XOŞ GÜNÜMÜZ
23.12.2013 [12:54] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Heç olmadı bir xoş günümüz, ay bahalanma,
Aldı başımız üstünü ah-vay, bahalanma.

Çoxları tökür başına şabaş təki pulu,
Bir bilməyirlər nədir o say, bahalanma.

Qəpik-quruşa meylimizi etmişik pənah,
Gözdə yaşımız olmadadı çay, bahalanma.

Bizlər də axı bu Vətənin övladı olduq,
Harayımıza kimsə demir hay, bahalanma.

Mənzil pulu, işıq pulu, qaz pulu artar,
Başımızı dürtməyə yox tay, bahalanma.

Dediklərimə inamını etmirsən rəva,
Onda dur özün dərdimizi say, bahalanma.

Heç andıra qalmış nöyütdən görmədik səfa,
İçlərdəki ahlarımızı yay, bahalanma.

Üzdə gülüşə olmayacaqdır daha hacət,
Dolaşıq olub bizlərə gün-ay, bahalanma.

Vətən əhli dükan-bazarı eyləyir seyir,
Aşır başımızdan borcumuz min lay, bahalanma.

İndi daha səhər bizə lazım deyil əsla,
Deyək bütün yatmışlara lay-lay, bahalanma.

Çox Şadimanın dilinə dinc durmağı dedim,
Töhmətləri etdi mənə bir pay bahalanma.
17.12.2013
Şirinxanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed