Şrift:
İnternet qiymətinin salınması üçün planlar hazırlanır
23.12.2013 [14:11] - Gündəm, Sosial
Nazir Əli Abbasov Azərbaycanın ilk süni peykindən bu ilin 6 ayı ərizndə 10 milyon dollar gəlir əldə edildiyini açıqlayıb
Azərbaycan "Azərbaycanda internet xidmətlərinin ucuzlaşdırılması istiqamətində dövlət tərəfindən yeni tədbirlər planı hazırlanır". Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. Nazir internetin qiymətlərində mütəmadi ucuzlaşma getdiyini qeyd edib.
Onun sözlərinə görə, internet xidmətləri adətən bazarda dövlət tərəfindən tənzimlənməyən xidmətlərdir. "Lakin internet tariflərinin ucuzlaşmasında dövlətin də rolu var. Biz bu xidmətlərin qiymətlərinin aşağı salınması üçün planlar hazırlamışıq. Yəqin ki, yaxın vaxtlarda açıqlanacaq".

Ə.Abbasov Azərbaycanın ilk süni peykindən təkcə bu ilin 6 ayında təxminən 10 milyon dollar ixrac potensialından gəlir əldə etdiyini deyib. "Peykdən istifadədə əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır".
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed