30.11.2011 [13:55] - Gündəm
“Gələn ay Parisdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında növbəti görüşün keçirilməsi gözlənilir”.
Bunu millət vəkili Rasim Musabəyov deyib. Berlində “Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü” adlı tədbirdə iştirak etmiş millət vəkili yeni görüşün Qarabağın azərbaycanlı icmasının təşəbbüsü olduğunu söyləyib. O bildirib ki, Almaniyadakı son görüşə qatılmayan erməni icmasının təmsilçiləri əslində özlərinə ziyan vurmuş oldular: “Hamı gördü ki, Qarabağ yalnız ermənilərdən ibarət deyil. Azərbaycanlıların ermənilərlə birgə yaşayış ideyasını qəbul etmədikləri fikrinin mif olduğu bir daha təsdiqləndi”.
R. Musabəyov erməni icmasının Berlin görüşünə qatılmamasının almaniyalı təşkilatçılarda təəssüf hissi doğurduğunu qeyd edib: “Berlin görüşündə biz öz mövqeyimizi çatdırdıq, erməni tərəfi isə görüşün formatına istinad edərək təmasdan qaçmış oldu. Beynəlxalq səviyyədə bir daha isbatlandı ki, azərbaycanlılar Qarabağda ermənilərlə birgə yaşayışa hazırdılar, ermənilər isə yox. Avropada bu amil ciddi qəbul olunur”.
Xatırladaq ki, çoxlu sayda xarici ekspert, media nümayəndəsi və elmi dairələrin təmsilçilərinin qatıldığı tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri - Milli Məclisin deputatları Rövşən Rzayev, Rasim Musabəyov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, həmçinin Ermənistandan olan nümayəndələr, Almaniyanın dövlət və elm adamları iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |