25.12.2013 [10:39] - Gündəm, Diaspor
Ukraynanın Luqansk şəhərində erməni iş adamı həmyerliləri ilə arasında yaranmış fikir ayrılığına görə maraqlı jest edib.
Luqanks vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmır) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb.
Köçürülən vəsaitin məbləği açıqlanmır.
O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib.
İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirib.

Bu xəbər oxucular tərəfindən 1096 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |