25.12.2013 [11:03] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstan Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında "yol xəritəsi"ni imzalamağa hazırdır. Amma xüsusi rəylə, çünki Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri haqqında məsələ aydınlaşma tələb edir. Bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib.Xəbəri RİA Novosti yayıb.
Nazarbayev bildirib: "Ermənistan üzrə "yol xəritəsi" ümumilikdə razılaşdırılıb, güman edirəm ki, onu qəbul etmək mümkündür. Bununla yanaşı, Gömrük İttifaqının Ermənistandan keçəcək sərhədi barədə məsələ Dağlıq Qarabağ problemi ilə əlaqədar açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə "yol xəritəsi"ni imzalayacağıq, lakin məlumat veriləcək xüsusi rəylə".
N.Nazarbayev sənədin razılaşdırılması zamanı ekspertlərin bu məsələnin həllini tapacaqlarına ümidini ifadə edib.

Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |