Şrift:
Zəncanda milli-mədəni fəalların evlərində axtarış aparılıb və ETTELAATa çağırılıblar
22.09.2011 [18:08] - Güney Azərbaycan xəbərləri
Bu gün Zəncanda Urmu Gölü ilə bağlı Kütləvi Etiraz gözlənilir. Etiraz günü yaxınlaşdıqca azərbaycanlı fəallara qarşı təzyiqlərdə artır.



Məlumata görə, keçmiş xəbərimizdə çatdırdığımız kimi iki gün öncə Səid bəy Mətinpurun doğum mərasimindən sonra tutuqlanan Mehdad Kərəmi, Camal Rzayi və Xəlil Qulaminin evlərində, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən axtarış aparılıb. Məmurlar azərbaycanlı fəallara aid kitab, əlyazmalar, kompüter və başqa şəxsi əşyaları özləri ilə aparıblar.



Həmçinin ETTELAAT tərəfindən Davud Xudakərəmiyə zəng edilib və ondan istənilib ki, Urmu Gölü ilə bağlı çağırışlar və imzatoplama kampaniyası ilə əlaqədar ETTELAAT idarəsinə müraciət etsin. Məlumata görə, cənab Xudakərəmi bu qanunsuz çağırışa məhəl qoymayıb. Məmurlar isə onun ata evinə müraciət edib və onu yaxalamaq istəyiblər. Ancaq adını çəkdiyimiz milli-mədəni fəalın evdə olmaması səbəbindən, məmurlar məqsədlərinə çatmayıblar.

Qeyd edək ki, Zəncanlı fəallar bir neçə gündür ETTELAAT tərəfindən telefon vasitəsi ilə təhdid edilir və idarəyə çağırılırlar.
Bu xəbər oxucular tərəfindən 1581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed