Şrift:
Azərbaycana Çindən gələn miqrantların sayı əhəmiyyətli dərəcədə azalıb
30.11.2011 [14:09] - Gündəm
Bu gün miqrasiya Azərbaycan üçün heç bir təhlükə yaratmır.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti idarəsinin rəisi Vahid Qəhrəmanov bildirib.
İdarə rəisinin sözlərinə görə, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə miqrantlar barədə məlumatlar daim diqqətdə saxlanılır: “Ölkə ərazisindəki miqrantlar əsasən MDB ölkələrindən gələnlərdir. Türkiyədən gəlmiş miqrantlar da çoxluq təşkil edir”.

V. Qəhrəmanovun sözlərinə görə, bir neçə il əvvələdək Azərbaycanda Çindən gəlmiş miqrantlar üstünlük təşkil edib. Lakin DMX və Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu say əhəmiyyətli dərəcədə azalıb.

V. Qəhrəmanov Miqrasiya Məcəlləsinin layihəsinin hazırlanaraq razılıq üçün müvafiq qurumlara göndərildiyini və gələn il parlamentdə müzakirəyə çıxarılacağını da deyib. İdarə rəisinin sözlərinə görə, bu məcəllədə miqrantların, qaçqınların və bu kateqoriyadan olan digər şəxslərin hüquq və azadlıqları, statusları və s. məsələlər əksini tapacaq.
Azərbaycana Çindən gələn miqrantların sayı əhəmiyyətli dərəcədə azalıb
Azərbaycana Çindən gələn miqrantların sayı əhəmiyyətli dərəcədə azalıb
Bu xəbər oxucular tərəfindən 1561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed