Şrift:
Məhərrəm Şəmkirli yaradıcılıqı
26.12.2013 [12:36] - Mədəniyyət, DAVAMın yazıları
Məhərrəm Şəmkirlinin yaradıcılığına münasibət bildirməzdən əvvəl fürsətdən istifadə edərək bəddii anlayışlarımızın tarixi keçmişinə nəzər yetirməklə bəzi məqamlara şərh verək: Türk bədii təfəkkürü forma və məzmun baxımından zəngin bir anlayış sistemi təşkil edir. Hələ Şumer türkləri dövründən yaranmış olan “Bilqames” əfsanəsində mənzum və mənsur deyimlərə təsadüf olunur. Lakin əfsuslar olsun ki, tarixi tədqiqatılar milliyyətcə türkə yad olan qərb alimlərinin: London muzey kitabxanasının polioqrafı ingilis Simit tərəfindən Şumer “Mixi yazısın”ın öyrənilməsilə və Türk alimlərinin də Simitin tədqiqatındakı qərəzçiliyi anlamadan qəbul etməsi heç də ürəkaçan deyil. Yaxşı olardı ki, Türk alimləri on min il əvvəl, bəlkə də daha qədim olan Şumer mədəniyyətini bir daha yenidən öyrənməyə təşəbbüs göstərəydilər. O zaman tarixi həqiqətlər obyektiv olaraq meydana çıxar və Türklərin Babilistana sonradan Orta Asiyadan gəlmələri fikiri iflasa uğramış olar... Bu fikirləri burada səsləndirməkdə məqsədim ondan ibarıtdir ki, bədii ədəbiyyatımızın ən qədim abidəsi “Kitabı-Dədə Qorqud” deyil, bəşər tarixində ən qədim olan “Bilqames” əfsanəsidir. Əslində “Bilqames” bədii yazısına əfsanə yox, qəhrəmanlıq eposu kimi yanaşılmalıdır... Digər bir məsələni də qeyd etmək lazım gəlir: “Mənsur” şeir janrını başqa xalqlara aid edənlər razılaşsınlar ki, “Kitabı-Dədə Qorqud” eposunda heca vəzninin 8-16-ya kimi növləri, azad şer formasında deyimlər, bəzən tam qafiyəli, bəzən kar qafiyəli misraların işlədilməsi, mənzumluq, mənsurluq təzahürləri qədim dövrlərdən bəri Türk şeriyyətinin zəngiliyindən xəbər verən dəlillərdir... Azərbaycan ədəbiyyatında Mənsur şeir yazarlarına çox az təsadüf olunur. Bu şeir forması ilkin görünüşdə sadə görünsə də, lakin yüksək bədii təfəkkür tələb edir. Burada linqvist yanaşma ritorik yanaşmadan daha çox qabardılır... Mənsur şeir də Türk bədii anlayış sisteminə xas olan bir yaradıcılıq növüdür. Məhərrəm Şəmkirli yaradıcılığında mənsur şeirlər istedadlı bir şairin tələb olunan qayda-qanunların öhdəsindən bacarıqla gəlməsindən xəbər verir. Odur ki, şeirdən bəhs edərkən daha çox şeirin özünü təqdim etmək üstündür və şairin birn neçə şeirlərini sizə təqdim edirik...
Mənsur şeirlər
Sən günahkar olacaqsan
Gəlib sizin qapınızda intihar edəcəm.Mənim ölümümdə səni günahkar bilib məşər ayağına çəkəcəklər.Əgər istəmirsən səni günahkar bilsinlər onda bir hə kəlməsi gətir dilinə.
Sahibsiz qəbir
Ağzı açıq qəbir gördüm.Mənim kimi sahibi yox.Girdim içinə.Qəbir oldu sahibli,mən yenə sahibsiz.Üstümü özüm torpaqladım.Torpaq oldu mənim sahibim.
Ziyarətçisi olacaq bu qəbrin
Sil sinə daşının üstündəki tozu.Nə vaxtdır silinmir,oxşanmır bu məzar.Yağış yağacaq təmizləyəcək məzar daşını.Sonra damcılar bir-birinin əlindən tutub asta-asta düşəcəklər yerə.Damcılardan xırda bir gölməçə yaranacaq.Bundan sonra damcıların yığıldığı yerdə gül bitəcək.Bununla da Allahın övladını ziyarəti sona yetəcək.

İsinmədin
Bu gün göz yaşı tökə-tökə soyuq məzar daşını öpürsən. Üşüyürsən donub ayaq üstündə qalmış baş daşı kimi.Dərd içini yeyib için boşdu.Amma dayanmısan quruyub ayaq üstündə qalmış ağac kimi.Qəfil əsən küləyə bəndsən ki,yıxılasan. Vaxtında,zamanında bilmədin qədrini.İsti bir qucaq açmışdı sənə.Amma isinmədin,qarsımadın ,istini soyuq bildin.
Mənim bəxtmmi var
Əlimdən tutub taleimə,bəxtimə baxırsan.Mənim taleim,bəxtimmi var qaraçı.Elə mən də sən gündəyəm.Taleim qara,bəxtim kor.Taleimin rəngi dəyişmir,bəxtimin gözü açılmır.İyirmi il qoltuqlarda yaşayıb qoltuq ağacı oldum.Dedilər ümidini kəsmə.Bu illərdə ümidimi heç kəsmədim.Amma daha bəsdir,doydum ümiddən.İndi mənə başqa bir şey verin.Acı olsun,zəhər dadsın.Bircə ümid verməyin.Nəyimə lazım?O dünyaya getməyə ümid lazım olmur.
Sən insansan
Mə'n səni sevdim.Sevdim iyirmi yaşında cavan oğlan dəlicəsinə sevən kimi.Buna bəndiymiş kimi içimdən sıyrılıb çıxdı qocalığım.Üzümdəki qırışlar itdi,əyilmiş belimi şax tutdum,üzüm,gözüm güldü.İndi mən dəli qanlı bir gəncəm.Sən cəsarət tapıb dilinə sevirəm sözünü gətirə bilmirsən.Elə məndən qaçırsan ərim var deyib.Bilirəm ərn var,heç sevməmisən,sevmirsən onu.Bilmirəm kim qarğıyıb səni, bir ömür ərim var demisən,hər zaman ər kötəyi yemisən.Gördüyün,qazandığın kötək olub.Nəvaziş görməmisən,xoş söz eşitməmisən.Amma bir dam altında yaşamısan.Bir dəfəlik sıyrıl çıx,bu cəhənnəmdən.Axı sən də insansan.
İndi bildim
İnanmadın sevgiyə,məhəbbətə.Dedin hamsı yalandır,əfsanədir.Şairlərin uydurmasıdır.Nə Məcnun olub,nə də Kərəm.Məyər eşq oddur ondan yanalar?
Bunları deyəndə gözlərinə baxdım.Od,alov gördüm gözlərində.Özümdə cəsarət tapıb dodaqlarından öpdüm.İlahi,yandı,qarsıdı dodaqlarım.İndi bildim məni yoxlayırsanmış.
Qaytar özümə
O gün heç nədən küsüb getmisən.Görmüşəm,görüblər gedəndə özünlə canımı da aparmısan.Neçə vaxtdır sənə minnətçi düşməkdən yorulub doğmalarım.Daha mənimdə tükəndi canım.Özün qayıtmırsan qayıtma.Daha bir söz demirəm.Heç olmasa gedəndə özünlə apardığın canımı qaytar.Özümə lazımdır.
. Soyuqluq
Mənimlə on dəqiqəliyinə görüşə gəlmisən.Vaxtın içindən soyuqluğunu çıxar nə olar.Axı vaxt üşüdür məni.Mən bu vaxtın içində yaşamamalıydım,od tutub qovrulmalıydım, lap külə dönməliydim.Əlində bir ovuc külüm qalmalıydı.Heyhat olmadı bunlar.Mən vaxtın soyuqluğundan çıxa bilməyib qovrulurdum, bəxtsizliyin içində.
Karıxıb gəlmişəm
Bayaqdan qapını döyürəm,aç qapını.Sənsiz darıxıb gəlmişəm.,görüb eləyən olub soran olsa,deyərsən karıxıb gəlmişəm.Vallah,üzümə üz tutub gəlmişəm.İnsaf elə aç qapını, peşmanlayıb sənə gəlmişəm.Sən özümsən özümə gəlmişəm.
Əlim üşüyür
Əlimlə alnımın tərini silirəm.susuzluqdan ciyərim yanır.Bir bardaq su içirəm,içim rahatlanır.Yorğunluğumu çıxarmaq üçün qocaman palıd ağacının altında yaşıl otların üstünə uzanıram.Bu vaxt borclarım yadıma düşür.Alnımın tərini silən əlimi cibimə salıram.Boşluqdan əlim üşüyür.

Utanırdı
Lap çoxdan yataq xəstəsiydi.Yaxınları deyirdilər bu gün,sabahlıqdır.Amma günlər,aylar keçirdi o,ölmürdü.Qəbirsizliyindən utanırdı.
İllər apardı
Torpağımı şumlayıb taxıl əkdim.Suvarmağa suyum olmadı.Üzümü göyə tutub Tanrıdan bir qara bulud istədim.Bulud gəldi yükünü boşalda bilmədi,yellər apardı.
Dişim-dırnağımla məhsul yetişdirdim.Əl atıb dərmək istədim.Gələn sellər apardı.İnsan yarandım.Allah ömür verdi onu da aylar,illər apardı.
Bilmədim mənim günahım nə idi?
Bunu istəyəcəm
Deyirəm görəsən öləndə məni ağlayan olacaqmı? İnanmıram kimsə məni ağlasın.İndiyə kimi heç bir öləni,öldürüləni ağlamamışam mən.Amma caamata qoşulub çoxlarını gor evinə yola salmışam.Elə bircə bunu istəyəcəm məndən sonra həyatda qalanlardan.
Pulla ölçülən dünya
Beş arşın ağımı almışam,gor evimi almışam,mollanın da haqqını vermişəm,şivən qoparıb ağlaşma quranları da behləmişəm,məzarçıların da haqqı çatıb.Yemək-içmək üçün də xərçlik qoymuşam.Məni kimisini basırmağa nə var.Nə durmusunuz yola salın məni.Hər şeyi pulla ölçülən dünyadan bir dəfəlik köçüm gedim.
Qatil
Sən ümidimin qatilisən.Ümidimi qətil etmisən.Niyə buna görə səni mühakimə etməyiblər? Cinayət məcəlləsində yoxmu belə bir cəza? Yoxsa çox pis.Onda yoxdur bu dünyanın ədaləti,həqiqəti.
Qoxlamadın
Sevdim səni dəli kimi.Dedim dəli sevgimə ağıllı özül qoyarsan.Görüşmədik,danışmadıq.Görüşsəydik ürəyi sözlü,əli güllü gələcəydim görüşünə.Sözüm də,gülüm də sənin olardı.Heyhat,nə sözümü eşitdin,nə gülümü qoxladın.
... Qəbrin üstəyəm.Görüşünə gəlmişəm,dilimdə sənə deyiləçi sözüm,əlimdə sənə veriləsi gülüm.Dilim tutulub sözümü deyə bilmirəm,amma əlimdəki gülləri qəbrinin üstünə qoyuram.
Torpaqsızlıq dərdi
Çoxdan görmədiyim bir dostumu gördüm.Gördüm bir dəri,bir sümük qalıb.Sordum,yeməyin,içməyin kasadmı? Dedi niyə ki,Allahın kəramətindən çörəyim də,suyum da istədiyim qədərdir.Dedim bəs bu hala düşməyin nədəndir? Ah çəkib dedi torpaqsızlıqdandır.
Bilməyəcəm
Əlimi cibimə saldım ki,pul çıxarıb xərcləyəm.Əlim boşa çıxdı.Ümidim qırıldı.İllərdir pul yerinə ömürümü xərcləyirəm.Az qalıb o da tükənmək,qurtarmaq üzürədir.Heç usanmıram,acımıram ömrümün tükənməyinə. Bircə ona yanıram tükənmiş ömürümə torpaq ala bilməyəcəm.
Yalnız bir dəfə
Bu dünyada ömürlük subay qaldı Güldəstə arvad.Tər-təmiz gül dəstəsiydi,dağ çiçəyi idi Güldəstə arvad.Taleinə ərsizlik yazılmışdı.Başını aşağı salıb barışmışdı talei ilə.Bu illərdə əlinə nə kişi əli dəymişdi,nə də boyun boğazını kişi nəfəsi qarsımışdı.
Köhnə kişilər danışırdı ki,tək bir dəfə dağ çayından qarşı tərəfə keçəndə sular sarılmışdı ayaqlarına.
Gördüm
Mən bulağa gedirdim,sən bulaqdan qayıdırdın.Yanımdan keçəndə çiynindəki səhəngin altından gizli-gizli mənə baxdın.Bu baxışın şaxtalı havada bulutlar arasından çıxan günəşə bənzədi,qəlbimi oxşadı,sir-sifətimi isitdi.Çevrilib sənə baxdım.Səhənkdə apardığın bulaq suyu kimi təmiz idin.Ürəyimdə səni sevmək haqqım baş qaldırdı.Arxanca hansı həyətə girəcəyini izlədim və elçi göndərəcəyim ünvanı dəqiqləşdirdim.Çünki ani baxışda məni isidəcək bir od görmüşdüm.
Nəyimə lazım
Doğum günümdə bahalı-bahalı hədiyyələr gətirmən, mənim nəyimə lazım,eytiyacım yox onlara.Bir dəstə gül də gətirmən,daima duran deyil, solub gedəcək.Mənə təmiz ürəyinizi,bir də xoş təbəssümünüzü gətirin.Ürəyinizi ürəyimə,təbəssümünüzü dodaqlarıma köçürüm.Qalan,yaşayan yalnız bunlar olacaq.
Bağlayana kimi
Dünya bir pəncərədir.Mən də o pəncərədən dünyaya baxanlardan biri.Elə baxacam dünya sahibi pəncərəsini üzümə bağlayana kimi.
Qönçələr açacaq
Bağa girdim gül dərmək üçün.Qönçələrin ətri baxcanı götürmüşdü.Qönçələrdən bir dəst bağlayıb onu görəndə min rəngə düşdüyüm,söz demək istəyəndə dilim dolaşan,neçə vaxtdır ürəyimi açıb sonsuz məhəbbətimi,sevgimi deyə bilmədiyim qonşunun qızına vermək istəyirdim.Fəqət bu gün də verə bilmədim.O,qapımızın ağzından keçəndə artıq külləri mən arxamda gizlətmişdim.Beləcə neçə vax idi ki,gülləri dərirdim,amma ona verə bilmirdim.Tanrım,bu nə cəsarətsizlikdir,bu nə utacaqlıq,bu nə inamsızlıq idi məndə?Özüm də bilmirdim,özüm-özümü əməlli başlı danladım.Hər şeyi sabah yoluna qoyacam.Söz verdim özümə.
Yenə onun qapımızın ağzından keçən vaxtı.Böyük bir inam hissi ilə əlimdəki qönçələri ona təqdim edib cəsarətlə deyirəm:-Bu qönçələr mənim sənə olan hissilərimdir,onların açması səndən asılıdır.
O,ytansa da qönçələri aldı və təbəssümlə üzümə güldü.İlahi,mən necə də xoşbəxtəm arzum çiçək açacaq.

Hazırladı

Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed