30.11.2011 [15:09] - Gündəm
Avropa Birliyi Azərbaycanın Ədliyyə Nazirliyinə hüquqi islahatların dəstəklənməsi proqramı çərçivəsində 3,7 milyon manat həcmində vəsait ayırıb.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bu məbləğ ümumilikdə 15 milyon manatlıq yardım paketinin ilk hissəsidir.
Vəsait Ədliyyə Nazirliyinin regionlardakı təşkilati strukturunun təkmilləşdirilməsinə, yeni Ədliyyə Akademiyasının inkişafına və penitensiar sistemdəki islahatlara sərf ediləcək.
Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Jerom Pons deyib ki, islahat proqramı AB-Azərbaycan münasibətləri baxımından mühüm mərhələdir. O bildirib ki, bu, Avropanın qanunun aliliyi və hüquqa verdiyi önəmi əks etdirir.
AB-nin 2012 və 2013-cü illərdə də Azərbaycana bu məqsədlə maliyyə yardımı ayıracağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |