27.12.2013 [11:39] - Sosial
Azərbaycanda əmək müqaviləsinin qüvvəyə minməsi ilə bağlı qaydalar dəyişdirilir
Azərbaycanda əmək müqaviləsinin qüvvəyə minməsi ilə bağlı ciddi yeniliklər edilir.
Milli Məclisdən (MM) verilən məlumata görə, bu, Əmək Məcəlləsinin 49-cu maddəsində edilən əlavə və dəyişikliklər layihəsində öz əksini tapıb.
Yeni layihəyə əsasən, əmək müqaviləsinin qüvvəyə minməsi ilə bağlı şərtlər dəyişdirilir və yenilənir: əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi yalnız bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından, bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir.
Maddənin hazırda qüvvədə olan variantı isə belədir: Əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir.
Yeni layihə bu gün MM-in bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |