30.11.2011 [15:19] - Gündəm
Prezident Obama: «Amerika və Avropa Birliyi İrana qarşı təzyiqi artıracaqlar»
ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyi İrana qarşı təzyiqi artıracaqlar. Bunun üçün yeni sanksiyalar (təhrim) qəbul olunacaq. ABŞ prezidenti Barak Obama belə bəyan edib.
«Biz razılaşdıq ki, İranı nüvə silahının hazırlanmasından dinc nüvə energetikasının (enerji) xeyrinə çəkindirmək və beynəlxalq öhdəliklərə əməl etməyə məcbur etmək üçün bu ölkəyə təzyiqi artırmaq lazımdır», deyə Obama Avropa Şurasının prezidenti Herman van Rompey və Avrokomissiyanın (avrokomsiyon) sədri Joze Manuel Barrozu ilə keçirdiyi görüşdən sonra bildirib.
GAMAC növbəti Qurultaya hazırlaşır
2010-cu ilin 12 dekabrında (December) təsis qurultayı keçrilən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) növbəti qurultayına hazırlaşır.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nizamnaməsinə uyğun olaraq, 2-ci qurultay 2012-ci ilin yanvar (January) ayının 6, 7,8-i Almaniyanın Köln şəhərində yerləşən Youth Hostel- gənclər evində baş tutacaq.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin növbəti qurultayını təşkil edən təşkilat komitəsi, bütün dünyada olan Azərbaycan Türklərini fərdi və təşkilat olaraq bu qurultaya dəvət edir.
Bu qurultayda iştirakınızdan məmun olarıq. Hörmətlə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin 2-ci qurultayının təşkilat komitəsi.
İranda nüvə reaktoru yerləşən şəhərdə partlayış olub
İranın İsfaahan şəhəri yaxınlığında partlayış baş verib. Bu barədə məlumatı İranın "Fars" agentliyi yayıb.
Məlumata görə, partlayış səsi ötən gün eşidilib. İsfahan rəhbərliyi ciddi bir şeyin baş vermədiyini iddia etsə də, bu şəhərdə İranın nüvə reaktorlarından birinin yerləşməsi faktı xarici informasiya agentliklərinin (ajans) diqqətini bura yönəldib.
İranın "İRNA" agentliyinin məlumatına görə, İsfahan qubernatorunun (ostandar, valı) siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd-Mehdi İsmaili İsfahanda partlayışın baş verməsi barədə məlumatı təkzib edib. Məhəmməd-Mehdi İsmaili bu xəbərləri "əsassız və uydurma" adlandırıb.
Tehranda Böyük Britaniya səfirliyinə hücum olub
Böyük Britaniyanın Tehrandakı səfirliyinin ərazisinə iranlı aksiyaçılar (etirazçılar) daxil olublar.
Hadisə Tehranda Böyük Britaniya əleyhinə keçirilən aksiya (göstəri) zamanı baş verib.
Aksiyaçılar səfirlik binasını daşa tutub, bir neçə pəncərəsini qırıblar. Eyni zamanda Böyük Britaniyanın bayrağını yandıraraq yerinə İran bayrağı asıblar.
BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASI BÖYÜK BRİTANİYA SƏFİRLİYİNƏ HÜCUMU PİSLƏYİB
BMT-nin Təhlükəsizlik Şurası Böyük Britaniyanın İrandakı səfirliyinin binasına hücumla bağlı bəyanat yayıb.
Bu barədə Portuqaliyanın BMT-dəki nümayəndəsi Joze Filip Morales Kabral məlumat verib. Onun sözlərinə görə, bəyanatı Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının bütün üzvləri imzalayıb. Joze Filip Morales Kabral deyib ki, BMT Təhlükəsizlik Şurası bu hadisədən ciddi narahat olduğunu bildirib və İran hökumətini qoşulduğu beynəlxalq konvensiyalara əməl etməyə çağırıb.
ABŞ və Avropa Birliyidə Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edilməsini kəskin pisləyiblər.
ABŞ prezident Administrasiyasının nümayəndəsi bildirib ki, Vaşinqton hər zaman Böyük Britaniyanın yanında olub və olacaq.
Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton isə belə bir hadisənin baş verməsindən təəssüfləndiyini bildirib və bu addımın heç bir məntiqə sığmadığını açıqlayıb.
Xatırladaq ki, səfirliyin qarşısında aksiya keçirən tələbələr Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Aksiya iştirakçıları səfirlik binasından asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar, Britaniya və İsrail bayraqları yandırılıb. Eyni zamanda etirazçılar içəri daxil olaraq səfirliyə məxsus bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. İran polisi səfirliyə hücum zamanı girov götürülmüş altı britaniyalı diplomatı azad edib.
BAXCP İranla bağlı yeni Açıqlama yayıb
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclasında İranın “Səhər” kanalının Azərbaycan əleyhinə apardığı təbliğat və bu telekanalın efirindən Azərbaycanın təhdid edilməsi müzakirə mövzusu olub.
Bununla bağlı qəbul olunan açıqlamada deyilir ki, İranda peyk antenalarından istifadənin qadağan olunmasına baxmayaraq, “Səhər” telekanalının yalnız peyklə və Azərbaycan türkcəsində yayımlanması bu kanalın məhz Azərbaycan Respublikasının (Сümhuriyyət) vətəndaşları arasında təxribat törətmək, cahil insanları terrora sövq etmək məqsədinə xidmət etdiyinə əyani sübutdur:
“26 noyabr (November) 2011-ci il tarixdə bu telekanal vasitəsilə “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin əli silahlı İran mollaları tərəfindən islama qarşı fəaliyyət kimi qiymətləndirilməsi və buna görə Azərbaycan Respublikası Prezidentinin hədəf seçilməsi qətiyyətlə pislənilməlidir.
Bir milyondan artıq müsəlmanı ev-eşiyindən didərgin salan, uşaqlara, qadınlara, qocalara aman verməyən, məscidlərimizi donuz damına çevirən donuzdan da murdar erməni cəlladları ilə ağız-ağıza öpüşən, onlara hərbi-siyasi, iqtisadi dəstək verən bəzi İran mollalarının və rəsmilərinin islam təəssübkeşi kimi çıxış etməsi, əsrlər boyu öz dininə sahib çıxmış Azərbaycan türklərinə dini məsləhətlər vermələri etikadan kənar olmaqla ikrah hissi doğurur”.
BAXCP hesab edir ki, bu kimi hədələr ciddi qəbul olunmalı, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi gücləndirilməklə yanaşı, onun regionlara (bölgə) səfəri və ictimaiyyətlə görüşləri məhdudlaşdırılmalıdır:
“Məsələyə rəsmi aydınlıq gətirilməsi üçün İrana nota verilməli, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına müraciət olunmalıdır. Rafiq Tağının ölümünə fətva vermiş mollaların Benyəlxalq Cinayət Məhkəməsinə verilməsi üçün təcili addımlar atılmalıdır.
Ölkədə terror ehtimalının böyüklüyünü nəzərə alaraq, Bakı şəhərində “Eurovision” mahnı müsabiqəsinədək maksimum təhlükəsizliyi tam təmin edəcək qədər milyonlarla təhlükəsizlik kameraları (durbin) quraşdırılmalı, xarici ölkələrdən terrora qarşı effektli (təsirli) mübarizəni təşkil etmək üçün kömək istənilməlidir. Yaranmış vəziyyətdən İranın dostu və qardaşı, terroru dəstəkləyən Ermənistanın da istifadə edəcəyi heç kimdə şübhə doğurmamalıdır”.

Bu xəbər oxucular tərəfindən 1332 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |